NYU-DEHLİ İRAN-PAKİSTAN-HİNDİSTAN MARŞRUTU ÜZRƏ QAZ KƏMƏRİNİN TİKİNTİSİNDƏ İŞTİRAK EDƏCƏK
Nyu-Dehli dəyəri təxminən 7 milyard dollar və uzunluğu təqribən 2 min kilometr olan İran-Pakistan-Hindistan qaz kəmərinin çəkilməsində iştirak etməkdə əvvəlkitək qərarlıdır.
Həmin mənbələrin məlumatına görə yanvar və fevralda bu magistralın texniki cəhətlərinə dair üçtərəfli görüşlər keçiriləcəkdir. İran, Pakistan və Hindistan neft nazirlərinin məsləhətləşmələri isə mart və aprel üçün nəzərdə tutulmuşdur. Onlar müvafiq sazişin imzalanması şərtlərini razılaşdıracaqlar.
İranı nüvə proqramlarına görə beynəlxalq aləmdə təkləməyə çalışan Birləşmiş Ştatlar tərəfindən etiraza baxmayaraq, Nyu-Dehli və İslamabad qaz kəmərinin tikintisində iştirak etməyə razılıq vermişlər. Hindistan və Pakistan aydınca anlatmışlar ki, bu layihənin həyata keçirilməsi onların enerji təhlükəsizliyinin təmin olunmasına kömək edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:39]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]