Nyu-Yorkdakı Türk evi hücuma məruz qalıb
Bakı, 22 may, AZƏRTAC
Türkiyənin BMT yanında daimi nümayəndəliyinin və Nyu-York Baş konsulluğunun yerləşdiyi Türk evinin binası hücuma məruz qalıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, ötən gecə naməlum şəxs dəmir lomla binanın birinci mərtəbəsində pəncərə şüşələrini sındırıb.
Ondan çox pəncərə şüşəsinin sındığı binanın fotosunu nümayiş etdirən TGRT telekanalı hücumun “terrorçuların tərəfdarları” tərəfindən həyata keçirildiyini bildirib. Türkiyə tərəfi Nyu-York polisi ilə əlaqə saxlayıb. Binanın ətrafında təhlükəsizlik kordonu qurulub, araşdırmalara başlanılıb.
Qeyd edək ki, Türk evi Nyu-Yorkun Manhetten rayonunda BMT-nin mənzil-qərargahı ilə üzbəüz yerləşən 36 mərtəbəli göydələndir. Türkiyənin sifarişi ilə tikilən bina 2021-ci ildə istifadəyə verilib. Burada, həmçinin müxtəlif türk təşkilatları yerləşir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]