Nyu-Yorkun Metropoliten muzeyi Arxip Kuincini Ukrayna rəssamı kimi tanıyıb
Bakı, 10 fevral, AZƏRTAC
Nyu-Yorkun Metropoliten muzeyi rəssam Arxip Kuincini Ukrayna rəssamı kimi tanıyıb.
AZƏRTAC xəbər verir ki, bu barədə muzeyin rəsmi saytında yerləşdirilmiş informasiyada qeyd olunub.
Kuincinin “Dneprdə qırmızı qürub” tablosunun altındakı imzanın qarşısındakı sətirdə rəssamın milliyyəti barədə onun ukraynalı olduğu yazılıb. Bundan əvvəl, yanvarın 6-da internet səhifəsində olan və surəti saxlanılmış nümunədə isə onun rus olduğu qeyd edilmişdi.
Rəssamın milliyyətinin dəyişməsi faktı Ukrayna KİV-nin, o cümlədən UNN agentliyinin diqqətini cəlb edib.
Mənzərə janrında XIX əsrin ən tanınmış rəssamlarından biri olan Arxip Kuinci Mariupolda çəkməçi ailəsində dünyaya gəlib. Mənşəcə yunan olan rəssamın soyadının kökü (“kuyumcu” və ya “Kuinci” türk-tatar dillərində sənətkar deməkdir) türkcədən gəlir.
Tanınmış rəssam təqribən 500 eskiz və rəsm tablosunun, habelə 300-ə yaxın qrafika işinin müəllifidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:57]
Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb
- 12.10.2026 [18:34]
“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb
- 12.10.2026 [18:20]
İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib
- 12.10.2026 [16:48]
Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib
- 12.10.2026 [16:26]
Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb
- 12.10.2026 [16:23]
Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram
- 12.10.2026 [16:10]