Ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 29 mart, AZƏRTAC
Sumqayıtda ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ötən il dekabrın 22-nə keçən gecə 6-cı mikrorayon ərazisindəki apteklərin birində quraşdırılan ödəmə terminalından 2775 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini İsmayıl Muradov Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [19:03]
Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO
- 08.10.2026 [18:51]