“OĞUZ YURDU -AZƏRBAYCAN” ELMİ-KÜTLƏVİ JURNALI İŞIQ ÜZÜ GÖRMÜŞDÜR
Xalidə Gözəl Dəmirəlin təsisçiliyi və baş redaktorluğu ilə işıq üzü görən və üz qabığında ölkəmizin rəhbəri İlham Əliyevin şəkli verilmiş toplunun ilk səhifəsi Azərbaycan Respublikasının Dövlət Himni və Gerbinin təsviri ilə açılır.
Milli Məclisin deputatı, akademik Əli Abbasovun yazdığı “Ön söz”də materialların vacibliyindən və əhəmiyyətindən söz açılır.
“Baş redaktordan” yazısında ötən on ildə Azərbaycanın bir çox nailiyyətlər qazandığı vurğulanır, keçirilən son prezident seçkilərində xaqımızın bir daha müdriklik göstərdiyi xüsusi vurğulanır.
Ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”, akademik Zərifə xanım Əliyevadan bəhs edən “Daxildən gələn səslər” məqalələri, Bakı milyonerləri Ağamusa Nağıyev, Hacı Zeynalabdin Tağıyev, Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl, görkəmli rəssam Səttar Bəhlulzadə və başqaları barədə yazılar diqqəti daha çox cəlb edir. Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 12-ci ildönümü münasibətilə verilmiş “Azərbaycanda Milli Olimpiya Hərəkatı” məqaləsi də oxucular üçün maraqlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]