Azərbaycan Dövlət İnformasiya Agentliyi

Oğuzda fermerin sınağı uğurlu oldu - 1 hektardan 35 tondan çox çiyələk yığıldı FOTO

Oğuz, 28 avqust, AZƏRTAC

Avqustun qızmar günləridir. Günəş altında torpaqdan yüksələn istilik insanı yorsa da, Oğuz rayonunun Bayan kəndində çiyələk sahəsində hərəkətlilik səngimir. Sıralanmış cərgələr boyunca yetişən qırmızı çiyələklər bir-bir dərilir, yeşiklərə yığılır. Bir neçə ay əvvəl bu sahədə görülən işlərin nəticəsi artıq göz önündədir – bol və keyfiyyətli məhsul.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, adətən ilin bu vaxtında, xüsusilə avqust ayında bazarlarda çiyələyə az-az rast gəlinir. Lakin Bayan kəndində vəziyyət fərqlidir. Burada fermer Elgün Umarlı bölgədə ilk dəfə geniş ərazidə çiyələk yetişdirməyi qərara alıb. Üstəlik, məhsulun becərilməsində əsasən təbii gübrələrdən istifadə olunub.

Bu, sadəcə yeni bir təsərrüfat layihəsi deyil, həm də Oğuz torpağında çiyələkçiliyin geniş miqyasda mümkün olub-olmadığını müəyyənləşdirmək məqsədi daşıyan bir sınaq idi. Aylarla davam edən zəhmət isə öz nəticəsini verib. Fermer nəinki gözlədiyi məhsulu əldə edib, hətta ilkin proqnozları üstələyən nəticəyə nail olub.

Çiyələk sahəsində işə səhər saatlarından başlanılır. Məhsulun yığılmasına əsasən Bayan kəndinin sakinləri, xüsusilə həyət-bacalarında çiyələk yetişdirərək müəyyən təcrübə qazanmış evdar qadınlar cəlb olunublar. Onlardan biri də Samirə Mikayılovadır.

“Fevral ayından işlərə başlamışıq. Demək olar ki, hər gün işdəyik. Təki belə iş çox olsun. Bizim kimi evdar qadınlar, eləcə də gənclərimiz işləsinlər. İş olarsa, kəndlər də boşalmaz”, – deyə Samirə Mikayılova bildirir.

Onun sözlərindən kənddə yaradılan yeni iş yerlərinin ailələr üçün nə qədər əhəmiyyətli olduğu da hiss olunur. Uzun müddətdən sonra daimi gəlir mənbəyi qazanan qadınlar çəkdikləri zəhmətin bəhrəsini məhsul yığımında görürlər. Təsərrüfatda işləyənlər hər iş gününün sonunda əməkhaqlarını alır və bununla ailə büdcələrinə töhfə verirlər.

Çiyələk sahəsinin ərsəyə gəlməsində aqronom Allahverdi Nurməmmədovun da böyük əməyi var. O, əkinin ilk günlərindən başlayaraq bitkinin inkişafını, torpağın vəziyyətini və aqrotexniki tədbirlərin düzgün aparılmasını diqqətdə saxlayır.

Aqronomun sözlərinə görə, Oğuzda çiyələkçiliyin inkişaf etdirilməsi üçün qarşıdakı illərdə daha geniş planlar var. Mövcud əkin sahəsinin mərhələli şəkildə 10 hektaradək artırılması nəzərdə tutulur. Artıq bununla bağlı yeni ərazilər müəyyənləşdirilib və həmin sahələrin təbii gübrələrlə təmin olunmasına başlanılıb.

“Çiyələk istehsalının genişləndirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir. İlk nəticələr göstərir ki, Oğuzda bu məhsulun yetişdirilməsi üçün imkanlar var. Qarşıdakı dövrdə sahələrin genişləndirilməsi ilə yanaşı, məhsuldarlığın daha da artırılmasına çalışacağıq”, – deyə Allahverdi Nurməmmədov qeyd edir.

Fermer Elgün Umarlı isə bildirir ki, təsərrüfatda çiyələk əkininə cari ilin fevral ayında başlanılıb. İlk mərhələdə bir hektar ərazidə salınan çiyələk sahəsi artıq gözlənilən nəticəni verib. İndiyədək bir hektardan 35 tondan çox məhsul yığılıb. Əlverişli hava şəraiti davam edərsə, mövsümün sonunadək ümumi məhsul istehsalının 60 tona çatdırılması planlaşdırılır.

Təsərrüfat üzrə orta məhsuldarlığın isə 45–50 ton olacağı proqnozlaşdırılır. Təbii gübrələrdən istifadə olunması məhsulun keyfiyyətinə və dadına da müsbət təsir göstərib. Elə buna görədir ki, Oğuz çiyələyi artıq alıcıların rəğbətini qazanıb.

Hazırda təsərrüfatda yetişdirilən çiyələk Ağsu, Qəbələ, Şamaxı və Şəki rayonlarının bazarlarına çıxarılır. Məhsula tələbatın yüksək olması fermerin gələcək planlarını daha da genişləndirib.

Elgün Umarlının sözlərinə görə, növbəti illərdə çiyələk əkinlərinin daha 8–10 hektar genişləndirilməsi, işçi sayının isə ən azı 120–150 nəfərə çatdırılması nəzərdə tutulur. Əsas hədəflərdən biri məhsulun daxili bazarla yanaşı, xarici bazarlara da çıxarılmasıdır.

“Əsas məqsədimiz təsərrüfatı genişləndirmək, məhsuldarlığı artırmaq və gələcəkdə Oğuzda yetişdirilən çiyələyi xarici bazarlara çıxarmaqdır. İlk nəticələr bu istiqamətdə nikbin olmağa əsas verir”, – deyə fermer bildirir.

Oğuz Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, rayonda kənd təsərrüfatının müxtəlif istiqamətlərinin inkişaf etdirilməsi, yeni istehsal sahələrinin yaradılması və müasir yanaşmaların tətbiqi istiqamətində layihələr həyata keçirilir. Bu işlər “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın məqsədlərinə uyğun olaraq davam etdirilir.

Qeyd olunub ki, belə fermer təsərrüfatlarının genişləndirilməsi yalnız kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına deyil, həm də kənd əhalisinin məşğulluğunun təmin edilməsinə, gəlir imkanlarının genişləndirilməsinə və rayonun aqrar potensialının gücləndirilməsinə mühüm töhfə verir.

Oğuzda çiyələkçiliyin inkişaf etdirilməsi yerli istehsalın artırılması, kənd sakinlərinin məşğulluğunun genişləndirilməsi və gələcəkdə məhsulun xarici bazarlara çıxarılması üçün yeni imkanlar yaradır. Bu gün bir hektardan başlayan çiyələk təsərrüfatının qarşıdakı illərdə 10 hektara qədər genişləndirilməsi isə Oğuzda bu sahənin yeni istiqamətə çevrilə biləcəyindən xəbər verir.

Müxbir - Rasim İslamoğlu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Venesuelada neft yataqlarının işlənməsi üçün saziş imzalaya bilər

Növbəti köç Şükürbəyli və Horovlu kəndlərinə çatıb - YENİLƏNİB

Hüquq arzusundan yeni hədəfə - tələbə adını qazanan şəhid övladının tələbəlik hekayəsi

Xocavənddə iki kəndin giriş yolları tikilir

Qazaxıstan hökuməti istefaya gedib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Bərdədə vətəndaşların müraciətlərini dinləyəcək

“DataRace”in ilk yarışında real biznes çağırışına 300-dən çox süni intellekt yanaşması təqdim olunub

“DataRace”in ilk yarışının qalibləri açıqlanıb

Fəxri Hüseynov: “DataRace” platforması nəzəriyyədən real sektora keçiddə mühüm rol oynayır

Norveç kralı vəfat edib

Baş prokuror Yasamal rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycan və Özbəkistan mərkəzi bankları maliyyə ekosisteminin formalaşdırılmasını müzakirə edib

Yarımkölgəli Ay tutulması başa çatıb YENİLƏNİB

Ötən gün narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib

Kvant informatikası ilə bağlı tədqiqatlar İnformasiya Texnologiyaları İnstitutunun diqqət mərkəzindədir

Qadın voleybolçularımız C qrupunda son oyununu keçirəcək

Bu gün UEFA Avropa Liqası və Konfrans Liqasının püşkatma mərasimi keçiriləcək

Аslana Əliyeva: Rəqs sənəti Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri möhkəmləndirir

Körfəzdən neft ixracı müharibədən əvvəlki səviyyələrin üçdə ikisi həcmində bərpa olunub

Pedaqoji Universitetdə 14 ixtisas üzrə keçid balı 500-ü ötüb

Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə Türk Şəhidliyi ziyarət olunub

Bakı və Özbəkistan Xoreoqrafiya akademiyaları arasında uğurlu əməkdaşlıq

Venesuela OPEC-i tərk edə bilər

Oğuzda fermerin sınağı uğurlu oldu - 1 hektardan 35 tondan çox çiyələk yığıldı FOTO

İyulda DSMF-nin fəaliyyət istiqamətləri üzrə 38 mindən çox vətəndaş qəbul edilib

Kiberdələduzluğun yeni üsulları - DİN çağırış edir VİDEO

Kiberdələduzluğun yeni üsulları - DİN çağırış edir VİDEO

Bakıda küləyin sürəti saniyədə 23 metrədək güclənir - FAKTİKİ HAVA

“Azərişıq” Zərdabın bir sıra kəndlərində yenidənqurma işləri görür

“Balıqçılıq haqqında” Qanun bu sahədə dayanıqlı inkişafı və rəqəmsal nəzarəti gücləndirir - ŞƏRH

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başlanıb

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Neft qiymətləri azalır VİDEO

Neft qiymətləri azalır VİDEO

“Sabah”ın baş məşqçisi: Biz “Qarabağ”dan çox şey öyrəndik

Azərbaycan nefti 92 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 92 dollardan baha satılır VİDEO

Ağdaşda yük maşınlarının toqquşması ölümlə nəticələnib

Bakıda güclü külək nəticəsində 2 nəfər xəsarət alıb

Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib

Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub

34 il, 24 həyat, bir faciə - Ballıqaya

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur

Şəkidə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb

BYD qlobal elektromobil bazarında ABŞ-nin “Tesla” şirkətini yenidən geridə qoyub

Bolqarıstan Qara dənizin mühafizəsi üçün Belçika və Niderlanddan 7 minaaxtaran gəmi alacaq

Çində qızıl külçə udan 5 yaşlı uşaq xilas edilib

Yəmən və Somali sahillərində 6 bal gücündə zəlzələ baş verib

İtaliyada 5-ci istilik dalğası: Temperatur 45 dərəcəyədək yüksələcək

Avropa Liqası və Konfrans Liqasında əsas mərhələnin bütün iştirakçıları müəyyənləşib

İsrail Hərbi Hava Qüvvələri “Hizbullah”a məxsus yeraltı obyektləri məhv edib

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyinin ən yaxşı idmançısı seçilib

Rəssam Marqarita Kərimova-Sokolova: Natəvanın portreti Fransa Akademik Cəmiyyətinin nəşrində dərc olunub

Tibetdə daşqından zərər çəkən sakinlər və turistlər təxliyə edilib

“Tvente”nin baş məşqçisi: Hesabı nəzərə alsaq, oyunun çətin keçmədiyini söyləmək olar

Almaniya və daha beş Aİ ölkəsi yeni maliyyə çərçivəsi üzrə mövqelərini razılaşdırıb

Qurban Qurbanov: İş saatlarımızı artırmalı, daha çox çalışmalıyıq

Sabah paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

“Qarabağ” avrokuboklarda mübarizəni dayandırıb YENİLƏNİB 5

Atlantik okeanında “Dolli” tropik fırtınası formalaşıb

Tramp Atlantik və ya Sakit okeanların adını dəyişdirmək niyyətini açıqlayıb

“Qarabağ” növbəti transferini açıqlayıb YENİLƏNİB

Tramp Ontario gölünün adının Amerika gölü kimi dəyişdirilməsi barədə fərman imzalayıb

“Qalatasaray” və “Fənərbağça”nın Çempionlar Liqasındakı rəqibləri bəlli olub

Azərbaycanın xarici işlər nazirinin müavini İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclasında iştirak edib

Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki bütün rəqibləri müəyyənləşib YENİLƏNİB

Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin məzunlarının universitetlərə qəbul nəticələri açıqlanıb

Fərid Qayıbov: Qubada keçirilən “Ulduz Cup” uşaqlar üçün böyük stimuldur VİDEO

Fərid Qayıbov: Qubada keçirilən “Ulduz Cup” uşaqlar üçün böyük stimuldur VİDEO

Almaniyanın şimal bölgəsi müdafiə və innovasiya mərkəzinə çevriləcək 

Azərbaycanlı məşqçi Polşa komandasını Qubadakı beynəlxalq turnirdə çempion etdi - MÜSAHİBƏ

Şimal-qərb bölgəsində təhsil işçilərinin sentyabr konfransları başlayıb

Bu saata olan əsas xəbərlər

Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Oğuz və Qəbələ sakinlərinin müraciətlərini dinləyib

Azərbaycanın çimərlik güləşçiləri Bakıdakı dünya çempionatını 8 medalla başa vurublar VİDEO

Azərbaycanın çimərlik güləşçiləri Bakıdakı dünya çempionatını 8 medalla başa vurublar VİDEO

Hövsanda açıq ərazidə yanğın baş verib

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq

Britaniyada üç hava limanına kiberhücum: 8,7 milyon müştərinin məlumatları ələ keçirilib

® Uşaqlarda sidik yolu infeksiyaları: Valideynlər nələrə diqqət etməlidirlər?

Xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın yeni səfiri ilə görüşüb

Səudiyyə Ərəbistanının nüvə enerjisi həmləsi neft ixracı gücünü artıracaq

Argentina Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Marianxeles Belluşidən

Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Emi Karlondan

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Konfrans Liqası: “Qarabağ” və “Tvente”nin start heyətləri açıqlanıb

"Sea Breeze”də Yay İdman Festivalına start verilib VİDEO

"Sea Breeze”də Yay İdman Festivalına start verilib VİDEO

Avropa ölkələrində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı aşağı düşüb

Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığı 1 milyard dollar ticarət hədəfinə çatmaq üçün real imkanlar açır - RƏY

Ursula Fon der Lyayen: Enerji asılılığı rəqabət qabiliyyətimizi və müstəqilliyimizi məhdudlaşdıran əsas amildir

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Buğda qiymətləri üç ilin maksimumuna yüksəlib

Yay üçün ən riskli qidalar hansılardır?

Gənc xanəndə: Doğma Laçında milli musiqimizi səsləndirmək sözlə ifadə olunmayacaq xoşbəxtlikdir

ADNSU ilə Özbəkistan universitetləri arasında elmi əməkdaşlıq genişlənir

Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?

“Əbədi dostluq haqqında Müqavilə” türk dövlətləri arasında yeni əməkdaşlıq mərhələsinin əsasını qoyur – ŞƏRH

Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib

Ağsuda salınan badam bağlarının məhsulu xarici bazarlara da çıxarılacaq VİDEO

Ağsuda salınan badam bağlarının məhsulu xarici bazarlara da çıxarılacaq VİDEO

ABŞ-nin sutkalıq neft istehsalı 13 milyon 843 min barelə yüksəlib

Autizmli uşaqların təhsilində müəllimin rolu

“TotalEnergies” Rusiyadakı LNG layihəsindən çıxıb

BDYPİ: Yuxululuqla bağlı hadisələrin təkrarlanması ciddi xəbərdarlıqdır VİDEO

BDYPİ: Yuxululuqla bağlı hadisələrin təkrarlanması ciddi xəbərdarlıqdır VİDEO

Türkiyədə azərbaycanlı astrofizik Cəfər Quluzadənin elmi irsinə ehtiramla yanaşılır