Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq
Bakı, 27 avqust, AZƏRTAC
Aparılan və aparılacaq təmir işləri ilə əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, Suraxanı rayonu, Günəşli qəsəbəsi, İlqar Musayev küçəsindən avqustun 27-si saat 22:00-dan, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlil bəy Xasməmmədov küçəsində avqustun 27-si saat 22:00-dan, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi avqustun 28-i saat 20:00-dan, Ceyhun Hacıbəyli küçəsinin Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək olan 600 metrlik hissəsində avqustun 28-i saat 20:00-dan, Mixail Kaveroçkin küçəsinin Ceyhun Hacıbəyli küçəsindən Ü.Bünyadzadə küçəsinədək olan hissəsində avqustun 31-i saat 16:00-dan hərəkət məhdudlaşdırılacaq.
Sürücülərdən qeyd edilən müddətlərdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.08.2026 [18:16]
Buğda qiymətləri üç ilin maksimumuna yüksəlib
- 27.08.2026 [17:57]
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib
- 27.08.2026 [17:15]
Azərbaycanda kolbasa məmulatları istehsalı 12 faizdən çox artıb – QRAFİK
- 27.08.2026 [17:13]
Kredit götürənlərin bilmədiyi hüquqlar hansılardır? – Ekspert rəyi
- 27.08.2026 [15:34]
4SİM-in dəstəyi ilə sənaye 4.0 transformasiyası uğurla həyata keçirilir
- 27.08.2026 [15:16]