Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Uşaqlarda sidik yolu infeksiyaları: Valideynlər nələrə diqqət etməlidirlər?

®  Uşaqlarda sidik yolu infeksiyaları: Valideynlər nələrə diqqət etməlidirlər?

Bəzən sadə görünən qızdırma, narahatlıq və ya sidik ifrazı zamanı yaranan ağrı uşağın orqanizmində daha ciddi bir problemin siqnalı ola bilər. Xüsusilə kiçikyaşlı uşaqlarda əlamətlər hər zaman aydın şəkildə özünü göstərmədiyindən valideynlərin diqqətli olması vacibdir. Bəs, uşaqlarda sidik yolu infeksiyasını hansı əlamətlərdən tanımaq olar? Hansı amillər bu problemin yaranmasına səbəb olur və nə zaman həkimə müraciət etmək lazımdır?

Bu mövzuda suallarımızı Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı Alşan Paşazadə cavablandırıb.

- Alşan həkim, uşaqlarda sidik yolu infeksiyası nədir və bu problem nə qədər ciddi hesab olunur?

- Sidik yolu infeksiyası sidik sisteminin hər hansı hissəsində, əsasən, sidik kisəsində və ya böyrəklərdə yaranan infeksiyadır. Uşaqlarda bu problem kifayət qədər geniş yayılıb və xüsusilə kiçikyaşlı uşaqlarda vaxtında aşkarlanması mühüm əhəmiyyət daşıyır.

Sidik yolu infeksiyasının əlamətləri uşağın yaşından asılı olaraq fərqli şəkildə özünü göstərə bilər. Böyükyaşlı uşaqlarda sidik ifrazı zamanı yanma və ağrı, tez-tez sidiyə getmə, sidiyi saxlaya bilməmə, sidiyin rəngində və qoxusunda dəyişiklik, qarının aşağı hissəsində və ya bel nahiyəsində ağrı kimi şikayətlər müşahidə oluna bilər. Kiçikyaşlı uşaqlarda isə əlamətlər daha qeyri-spesifik ola bilər. Məsələn, səbəbsiz qızdırma, iştahasızlıq, halsızlıq, narahatlıq, qusma və ya yuxu pozğunluğu sidik yolu infeksiyasının əlaməti kimi ortaya çıxa bilər.

Vaxtında aşkarlandıqda və düzgün müalicə olunduqda əksər hallarda infeksiya uğurla aradan qaldırılır. Lakin sidik yolu infeksiyasına laqeyd yanaşmaq olmaz. Xüsusilə infeksiya böyrəklərə yayıldıqda daha ciddi fəsadlara səbəb ola bilər. Təkrarlanan infeksiyalar isə bəzi hallarda sidik yollarında anadangəlmə və ya sonradan yaranmış problemlərin göstəricisi ola bilər.

Bu səbəbdən uşağın yüksək və səbəbi bilinməyən hərarəti, sidik ifrazı ilə bağlı narahatlığı və ya təkrarlanan sidik yolu infeksiyaları varsa, pediatr və ya uşaq uroloquna müraciət etmək vacibdir. Erkən diaqnostika və düzgün müalicə mümkün fəsadların qarşısının alınmasında mühüm rol oynayır.

- Bəs, valideynlər uşaqda sidik yolu infeksiyasından hansı əlamətlərə əsasən şübhələnə bilərlər?

- Əlamətlər uşağın yaşından asılı olaraq dəyişə bilər. Daha böyük uşaqlarda sidik ifrazı zamanı yanma və ağrı, tez-tez və az miqdarda sidiyə getmə, qəfil sidiyə getmə ehtiyacı, sidiyi saxlaya bilməmə, sidik ifrazından çəkinmə, qarının aşağı hissəsində və ya bel nahiyəsində ağrı kimi şikayətlər müşahidə oluna bilər. Sidiyin rəngində, görünüşündə və ya qoxusunda dəyişiklik də diqqət çəkən əlamətlərdəndir.

Bəzi uşaqlarda əvvəllər sidiyini saxlaya bildiyi halda yenidən altını islatma halları yarana bilər. Kiçikyaşlı uşaqlarda isə infeksiya daha çox səbəbi aydın olmayan qızdırma, narahatlıq, iştahasızlıq, halsızlıq, qusma və ya yuxu pozğunluğu ilə özünü göstərə bilər.

Əgər qızdırma ilə yanaşı, qusma, bel və ya qarın ağrısı, titrətmə və uşağın ümumi vəziyyətində pisləşmə varsa, infeksiyanın böyrəklərə yayılması ehtimalı nəzərə alınmalıdır. Belə hallarda uşağın vaxtında həkim tərəfindən müayinə olunması xüsusilə vacibdir.

- Uşaqlarda sidik yolu infeksiyalarının yaranmasına hansı amillər səbəb ola bilər?

- Uşaqlarda sidik yolu infeksiyalarının yaranmasına bir sıra amillər təsir göstərə bilər. Bunlara sidik yollarının quruluş xüsusiyyətləri, sidiyin normal axınının pozulması, sidiyin uzun müddət saxlanılması, qəbizlik, sidik ifrazının funksional pozğunluqları və bəzi anadangəlmə sidik yolları problemləri daxildir.

Uşağın sidiyi uzun müddət saxlaması, xüsusilə məktəb yaşında rast gəlinən problemlərdəndir. Bəzi uşaqlar məktəbdə və ya digər mühitlərdə tualetə getməkdən çəkinərək sidik ifrazını təxirə salırlar. Bu vərdiş sidik kisəsinin normal fəaliyyətinə təsir göstərə bilər.

Qəbizlik də risk faktorlarından biridir. Bağırsağın dolu olması sidik kisəsinə təzyiq göstərərək onun tam boşalmasını çətinləşdirə bilər. Bu səbəbdən təkrarlanan infeksiyalarda uşağın həm sidik, həm də bağırsaq vərdişləri qiymətləndirilməlidir.

Xüsusilə infeksiya bir neçə dəfə təkrarlanırsa, yalnız simptomların aradan qaldırılması ilə kifayətlənmək olmaz. Əsas səbəbin müəyyənləşdirilməsi üçün uşağın pediatr və ya uşaq uroloqu tərəfindən qiymətləndirilməsi vacibdir.

- Qəbizliklə sidik yolu infeksiyası arasında əlaqə varmı?

- Bəli, belə bir əlaqə ola bilər. Xüsusilə xroniki və ya təkrarlanan qəbizlik uşaqlarda sidik kisəsinin normal fəaliyyətinə təsir göstərə və sidiyin tam boşalmasını çətinləşdirə bilər. Nəticədə sidik kisəsində sidiyin qalması infeksiya riskini artıra bilər.

Bağırsağın dolu olması çanaq nahiyəsində sidik kisəsinə təzyiq göstərməklə yanaşı, uşağın sidiyə getmə vərdişlərinə də təsir göstərə bilər. Bu səbəbdən bəzi uşaqlarda həm qəbizlik, həm də sidik ifrazı ilə bağlı problemlər eyni vaxtda müşahidə olunur.

Təkrarlanan sidik yolu infeksiyası olan uşağın müayinəsi zamanı qəbizliyin olub-olmamasının müəyyənləşdirilməsi vacibdir. Əgər belə problem varsa, onun da düzgün müalicəsi infeksiyaların təkrarlanmasının qarşısının alınmasına kömək edə bilər.

- Sidik yolu infeksiyası daha çox qızlarda müşahidə olunur, yoxsa oğlanlarda?

- Ümumilikdə sidik yolu infeksiyalarına qızlarda daha çox rast gəlinir. Bunun əsas səbəblərindən biri sidik kanalının anatomik xüsusiyyətləridir. Lakin bu, oğlan uşaqlarında infeksiyanın nadir olduğu anlamına gəlmir. Xüsusilə kiçikyaşlı oğlanlarda sidik yolu infeksiyası aşkarlandıqda və ya infeksiyalar təkrarlananda sidik yollarının quruluşu və sidik axınının xüsusiyyətləri diqqətlə qiymətləndirilməlidir. Təkrarlanan infeksiyalar zamanı uşağın cinsindən asılı olmayaraq, risk faktorlarının araşdırılması vacibdir.

- Valideynlər uşağın sidik ifrazı zamanı yanma hiss etdiyini dedikdə dərhal antibiotik verməlidirlərmi?

- Xeyr. Antibiotiklər yalnız həkim məsləhəti ilə istifadə olunmalıdır. Sidik ifrazı zamanı yanma hər zaman sidik yolu infeksiyası demək deyil. Məsələn, xarici cinsiyyət nahiyəsinin qıcıqlanması və bəzi digər vəziyyətlər də oxşar şikayətlərə səbəb ola bilər.

Sidik yolu infeksiyasından şübhələnildikdə uşağın klinik vəziyyəti qiymətləndirilir və zəruri hallarda sidik analizi aparılır. Lazım gəldikdə sidik kulturası, yəni sidik əkilməsi də həyata keçirilir. Bu müayinələr infeksiyanın olub-olmamasını və uyğun müalicə seçimini müəyyənləşdirməyə kömək edir.

Özbaşına antibiotik istifadəsi düzgün yanaşma deyil. Dərmanın əsassız istifadəsi həm müalicənin effektivliyini azalda, həm də antibiotiklərə davamlılıq probleminə səbəb ola bilər.

- Təkrarlanan sidik yolu infeksiyaları nədən xəbər verə bilər?

- Təkrarlanan sidik yolu infeksiyaları bəzi uşaqlarda əlavə araşdırma tələb edən vəziyyət ola bilər. Belə hallarda sidik yollarının anadangəlmə struktur xüsusiyyətləri, sidiyin böyrəklərə doğru geri qayıtması, sidik ifrazının funksional pozğunluqları, qəbizlik və digər amillər rol oynaya bilər.

Ona görə də infeksiya bir neçə dəfə təkrarlanırsa, hər dəfə yalnız müalicə aparmaqla kifayətlənmək düzgün deyil. İnfeksiyanın təkrarlanmasına səbəb olan amilin müəyyənləşdirilməsi və zəruri hallarda əlavə müayinələrin aparılması vacibdir.

Bu yanaşma həm düzgün müalicə taktikasının seçilməsinə, həm də gələcəkdə infeksiyaların təkrarlanma riskinin azaldılmasına imkan verir.

- Belə hallarda hansı müayinələr aparılmalıdır?

- İlk növbədə uşağın şikayətləri, əvvəlki xəstəlikləri, infeksiyaların neçə dəfə təkrarlandığı və ümumi klinik vəziyyəti qiymətləndirilir. Sidik analizi və zəruri hallarda sidik kulturası əsas müayinələr sırasındadır.

Təkrarlanan infeksiyalar və ya sidik yollarında problem ehtimalı olduqda böyrəklərin və sidik yollarının ultrasəs müayinəsi də aparıla bilər. Bəzi xüsusi hallarda əlavə instrumental müayinələrə ehtiyac yarana bilər.

Lakin bütün uşaqlara eyni müayinələrin aparılması tələb olunmur. Müayinələrin seçimi uşağın yaşı, şikayətləri, infeksiyanın xüsusiyyətləri və əvvəlki müayinələrin nəticələri nəzərə alınaraq həkim tərəfindən müəyyən edilir.

- Valideynlər uşaqlarında sidik yolu infeksiyalarının qarşısını almaq üçün gündəlik həyatda nələrə diqqət etməlidirlər?

- İlk növbədə, uşağın kifayət qədər maye qəbul etməsi və sidiyi uzun müddət saxlamaması vacibdir. Uşaqda müntəzəm tualet vərdişi formalaşdırılmalı və sidiyə getmə ehtiyacı yarandıqda bunu təxirə salmamağı öyrətmək lazımdır.

Qəbizlik varsa, bu problem də diqqətdən kənarda qalmamalı və düzgün şəkildə aradan qaldırılmalıdır. Şəxsi gigiyena qaydalarına əməl etmək, uşağa düzgün tualet vərdişlərini öyrətmək də əhəmiyyətlidir.

Bununla yanaşı, valideynlər bilməlidirlər ki, sidik yolu infeksiyalarının qarşısının alınması yalnız gigiyena ilə məhdudlaşmır. Təkrarlanan infeksiyalarda əsas risk faktorunun müəyyənləşdirilməsi və həkim nəzarəti altında müvafiq tədbirlərin görülməsi daha vacibdir.

- Hansı hallarda valideyn uşağı təcili olaraq həkimə aparmalıdır?

- Uşaqda yüksək hərarət, güclü qarın və ya bel ağrısı, təkrarlanan qusma, ciddi halsızlıq, maye qəbul edə bilməmə və ya ümumi vəziyyətin pisləşməsi müşahidə olunursa, həkimə müraciət gecikdirilməməlidir.

Xüsusilə yüksək hərarətin sidik yolu infeksiyasına işarə edən digər əlamətlərlə birlikdə olması infeksiyanın böyrəklərə yayılması ehtimalını düşündürə bilər. Çox kiçikyaşlı uşaqlarda isə əlamətlər daha qeyri-spesifik olduğundan səbəbi bilinməyən yüksək hərarət də diqqətlə qiymətləndirilməlidir.

Əsas məqsəd ciddi vəziyyətlərin vaxtında müəyyənləşdirilməsi və uşağın lazımi tibbi yardımı gecikmədən almasıdır.

- Sonda valideynlərə əsas tövsiyəniz nədir?

- Əsas tövsiyəm odur ki, valideynlər uşağın sidik ifrazı ilə bağlı dəyişikliklərə, səbəbi aydın olmayan qızdırmaya və təkrarlanan infeksiyalara laqeyd yanaşmasınlar. Erkən müraciət həm düzgün diaqnozun qoyulmasına, həm də müalicənin vaxtında başlanmasına imkan verir.

Özbaşına antibiotik və ya digər dərmanlardan istifadə etmək əvəzinə həkim məsləhətinə müraciət etmək daha doğrudur. Xüsusilə təkrarlanan infeksiyalarda isə əsas səbəbin araşdırılması vacibdir.

Valideynlərin diqqətli olması, uşağın sağlam tualet və maye qəbul etmə vərdişlərinin formalaşdırılması və zərurət yarandıqda vaxtında mütəxəssisə müraciət edilməsi sidik yolu infeksiyalarının idarə olunmasında mühüm rol oynayır.

Uşağın sağlamlığı ilə bağlı hər hansı narahatlıq yarandıqda vaxtında mütəxəssisə müraciət etmək ən düzgün addımdır.

Müsahibəni apardı
Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilarə Zamanova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib