Oksford Universitetinin əməkdaşları Şamaxı -İsmayıllı bölgəsində palçıq vulkanları ilə tanış olublar
Bakı, 24 noyabr, AZƏRTAC
Böyük Britaniyanın Oksford Universitetinin nümayəndələri - professor Riçhard Voalker və universitetin əməkdaşı İan Pierce Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları ilə birlikdə Şamaxı -İsmayıllı bölgəsində (Şamaxı, Ağsu, İsmayıllı, Lahic, Pirqulu, Göyçay) tədqiqat poliqonlarına səfərə gediblər.
Mərkəzin İnformasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində britaniyalı qonaqlar ərazidəki geoloji struktur və palçıq vulkanları ətrafındakı vəziyyətlə yaxından tanış olublar.
Qeyd edək ki, Oksford Universitetinin nümayəndələrinin Azərbaycana səfəri davam edir.