OKTYABR HADİSƏLƏRİNDƏ İTTİHAM OLUNANLARA HÖKM OXUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Ağır Cinayətlərə Dair Məhkəmədə 2003-cü il oktyabrın 15-16-da baş vermiş hadisələr zamanı kütləvi iğtişaş törətməkdə ittiham olunan 10 nəfərin işi üzrə proses başa çatmışdır. Hakim Tofiq Paşayevin sədrliyi ilə keçirilən məhkəmənin hökmü ilə Nadir Abbasova və Seyidağa Məmmədova həbs qətimkan tədbiri dəyişməməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdir. Digər 8 müttəhim isə şərti olaraq üç il azadlıqdan məhrum olunmuşdur.
Xatırladaq ki, müttəhimlərdən Nadir Abbosov və Seyidağa Məmmədov məhkəmənin gedişini dəmir barmaqlıqlar arasından, qalan 8 nəfər isə zaminə buraxıldığına görə, zaldan izləmişlər. Onlar 2003-cü il oktyabrın 15-16-da kütləvi iğtişaş törətməkdə və hakimiyyət orqanlarına müqavimət göstərməkdə ittiham edilirdilər. Bununla əlaqədar məhkəmə prosesinə 2004-cü ilin dekabrında başlanmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]