Oleksi Reznikov: Kiyevin Qərb qırıcılarına ehtiyacı var
Bakı, 26 yanvar, AZƏRTAC
Kiyev Qərbdən tədarük olunan silahların sırasında qırıcı təyyarələri də görmək istəyır.
AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksi Reznikov CNN telekanalına müsahibəsində deyib. O, eyni zamanda Rusiyanın raket hücumlarının qarşısını ala biləcək hava hücumundan müdafiə sistemlərinə də ehtiyaclarının olduğunu vurğulayıb.
“Politico” nəşrinin məlumatına görə, hazırda Qərb dövlətlərində Kiyevə qırıcı təyyarələrin göndərilməsi ilə bağlı daxili müzakirələr gedir. Avropadan olan bəzi diplomatlar bunu Kiyevə hərbi yardımın növbəti məntiqi addımı hesab edir. Vaşinqton isə hazırda Ukraynaya hərbi təyyarələr göndərilməsindən söhbət getmədiyini deyir, bunun eskalasiyanı artıracağından ehtiyatlanır. Qırıcıların tədarükü məsələsinin gələn ay “Ramştayn” bazasında keçiriləcək görüşdə müzakirə olunacağı gözlənilir.
Xatırladaq ki, yanvarın 25-də Almaniya Ukraynaya “Leopard 2” tanklarının göndəriləcəyini elan edib. Bundan əlavə, ABŞ Kiyevə 30 ədəd “Abrams” tankı verməyi planlaşdırır.
Yeri gəlmişkən, mütəxəssislər bir alman tankını üç rus tankı ekvivalentində qiymətləndirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]