OLİMPİYA MƏŞƏLİNİ SON MƏRHƏLƏDƏ APARANLAR ARASINDA NAOMİ KEMPBELL DƏ OLACAQ
Oyunların təşkilatçıları bildirmişlər ki, məşəli son mərhələdə məşhur müğənnilər və heykəltəraşlar, habelə biznesmenlər aparacaqlar. Bu mərhələ Pirey limanında başlanacaq, Akropolda davam etdiriləcək və stadionda sona çatacaqdır. Olimpiadanın emblemini tanınmış atlet Karl Lüis aparacaqdır. Olimpiya məşəlini yandırmaq şərəfinə kimin layiq görüldüyü sirr saxlanılır.