OLİMPİYA OYUNLARINDA İŞTİRAK EDƏCƏK VOLEYBOL KOMANDALARI ÜÇÜN SEÇİM QAYDALARI AÇIQLANMIŞDIR
Olimpiadada 12 qadın və 12 kişi komandası iştirak edəcəkdir. Bu oyunlara vəsiqə qazanmaq üçün komandalara bir neçə şans veriləcəkdir. Belə ki, 2007-ci ildə keçiriləcək dünya kuboku uğrunda yarışlarda ilk üç yeri tutacaq komandalar olimpiya oyunlarında iştirak etmək hüququ qazanacaqlar. Həmin il keçiriləcək olimpiya oyunlarının seçmə təsnifat turnirləri də yalnız 3 komandanı vəsiqə ilə təmin edəcəkdir. Qitə çempionatlarının qalibləri də bu mötəbər yarışların iştirakçısı olmaq hüququ əldə edəcəklər. Beləliklə, 2007-ci ilin iyununadək keçiriləcək yarışlar olimpiadada iştirak edəcək komandaları aşkarlayacaqdır.
Xatırladaq ki, Azərbaycanın kişi voleybolçularının bu yarışlarda iştirak etmək şansı çox azdır. Amma, qadın voleybolçular gələn il Avropa çempionatını qələbə ilə başa vursalar və ya olimpiya oyunlarının seçmə təsnifat turnirlərində uğurla çıxış etsələr, bu mötəbər yarışlara vəsiqə qazana biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [23:11]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [22:03]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]