ÖLKƏ FUTBOL ÇEMPİONATININ BİRİNCİ DƏSTƏSİNDƏ İŞTİRAK EDƏCƏK KOMANDALAR ARASINDA PÜŞK ATILMIŞDIR
Püşkatmanın nəticələrinə görə yarışlar 22 komandanın iştirakı ilə iki yarımqrupda keçiriləcəkdir. Hər qrupda ilk üç yeri tutan komandalar həlledici mərhələyə vəsiqə qazanacaqlar. Bu mərhələdə yarışlar dairəvi sistemlə keçiriləcəkdir. Turnirdə 1 –2-ci yerlərə çıxan komandalar gələn il ölkə futbol çempionatının güclülər dəstəsində iştirak hüququ əldə edəcəklər.
Sentyabrın 2-3-də hər iki qrupda ilk turun oyunları keçiriləcəkdir. “A” qrupunda “Xəzər-Lənkəran-2”-“Xocavənd”, “Bakı-2”-“Çinar” (Göyçay), “ABN-Bərdə”-“Spartak” (Quba), “Neftçi –2”-“Göyçə” (Bakı), “Şərur” (Bakı)-“Bakılı”, “B”qrupunda “Anşad-Petrol” (Neftçala)-“Masallı”, “Ədliyyə”-“Qaradağ” (Lökbatan), “Rote Fahne” (Tovuz) –“Muğan” (Sabirabad), “Energetik” (Mingəçevir) –“MKT –Araz-2” (İmişli), “Karvan-2” (Yevlax)-“Qarabağ-2” (Ağdam) oyunları olacaqdır. Birinci turda MOİK və “Göyəzən” komandaları oynamayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [23:11]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [22:03]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]