Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ölkəmizin potensial imkanları işğaldan azad edilmiş ərazilərin bərpasına və yenidən qurulmasına səfərbər edilib

Ağdam, 21 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərimizə həyat yenidən qayıdır. Azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzur quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilir. Vətən müharibəsi bitər-bitməz azad edilmiş ərazilərin bərpasına başlanılması, bir sıra infrastruktur layihələrin həyata keçirilməsi, o cümlədən elektrik enerjisi ilə təminat və yol infrastrukturunun yenidən qurulması bir daha onu göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafı Azərbaycan dövləti üçün ən prioritet məsələdir.

AZƏRTAC otuzillik erməni işğalından azad edilən Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində dövlətimiz tərəfindən atılan addımlara nəzər salır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin aprelin 21-də Füzulidə Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri, Şuşanın Daşaltı kəndində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin inşası, Şuşa şəhərində inzibati binanın əsaslı təmiri və konfrans zalının tikintisi ilə tanışlığı bir daha deməyə əsas verir ki, hazırda ölkəmizin potensial imkanları azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində səfərbər edilib. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə Qarabağ Dirçəliş Fondunun, 2021-ci il 12 avqust tarixli “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” Fərmanı əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yaradılması bərpa və yenidənqurma işlərinin sistemli və ardıcıl şəkildə həyata keçirilməsini təmin edir.

Prezident İlham Əliyev azad edilmiş rayonların Baş planlarının hazırlanması prosesinə şəxsən nəzarət etməklə, ən incə detalların belə nəzərə alınmasına, prosesin müasir şəhərsalma trendlərinə uyğunlaşdırılmasına çalışır. Bölgənin Ümumi Planının hazırlanması prosesi artıq yekun mərhələdədir.

Dövlətimizin başçısının ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə qeyd etdiyi kimi, artıq Ağdam və Füzuli şəhərlərinin Baş planları hazırlanaraq təsdiqlənib. Hazırda digər şəhərlərin Baş planlarının hazırlanması işi sürətlə davam etdirilir. Prezident İlham Əliyevin iştirakı ilə Ağdam, Füzuli və Cəbrayıl rayonlarının ərazilərində yaşayış binalarının təməlinin qoyulması “Böyük qayıdış”ın yaxın illərdə reallaşacağına ciddi əminlik yaradır.

Prezident İlham Əliyev deyib ki, digər şəhərlərin Baş planlarının təsdiqlənməsi bu yaxınlarda öz həllini tapmalıdır. Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin Baş planları hazırlanmalıdır, bu il təsdiqlənməlidir və ondan sonra bizim Qarabağ və Şərqi Zəngəzura aid olan investisiya proqramında əlavələr edilməlidir. Bunun üçün 2,2 milyard manat vəsait nəzərdə tutulur.

Azad edilmiş ərazilərdə qısa müddətdə yaşayış üçün münbit şəraitin formalaşdırılması, həyata keçirilən infrastruktur layihələri - yolların, dəmiryolu xətlərinin, energetika sisteminin bərpası, yeni beynəlxalq hava limanlarının inşası iqtisadi inkişafın sürətləndirilməsi və əlverişli investisiya mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir.

Hazırda qarşıda duran əsas vəzifələrdən biri də azad edilmiş ərazilərin zəngin resurslarından, infrastruktur potensialından səmərəli istifadə, bu məqsədlə dövlət-özəl sektor tərəfdaşlığının təmin edilməsidir. Dövlət əlverişli biznes mühiti yaratmaqla, həmin ərazilərdə iqtisadi fəaliyyətin canlandırılmasına və dayanıqlı məskunlaşmanın təmin olunmasına çalışır. Bu baxımdan Ağdam Sənaye Parkının, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlinin qoyulması, buraya potensial rezident və investorların cəlb edilməsi istiqamətində müvafiq işlərin aparılması xüsusi qeyd olunmaldır.

İşğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı baxımından quru və hava nəqliyyatı infrastrukturlarının formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər də xüsusi əhəmiyyətə malikdir. 2021-ci ilin oktyabrın 26-da istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanı, hazırda inşası sürətlə davam etdirilən Zəngilan və Laçın beynəlxalq hava limanları regionda təkcə investisiya qoyuluşlarına deyil, həm də turizmin inkişafına əlverişli şərait yaradır.

2021-ci il noyabrın 7-də “Zəfər Yolu”nun açılışı olub, hazırda işğaldan azad edilmiş ərazilərdə 15 fərqli layihə üzrə 1400 kilometrdən artıq uzunluqda yolların, habelə telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə işlər sürətlə davam etdirilir.

101 kilometrlik Füzuli-Əhmədbəyli-Şuşa dördzolaqlı yolunun çəkilişinin davam etdirilməsi, Füzuli-Hadrut, Zəngilan-Horadiz avtomobil yollarının əsasının qoyulması ərazilərin bərpası və yenidənqurulması prosesinin sürətləndirilməsinə xidmət edir.

Göygöl və Kəlbəcər rayonlarını birləşdirəcək 81 kilometrlik Toğanalı-Kəlbəcər avtomobil yolunun inşası ölkəmizin Şərqi Zəngəzur iqtisadi rayonu ilə rahat nəqliyyat-kommunikasiya əlaqələrini təmin edəcək.

Horadiz-Ağbənd dəmir yolu xəttinin çəkilişinə başlanılması bölgənin tamamilə sıradan çıxmış dəmir yolu xətləri şəbəkəsinin bərpası baxımından mühüm addımdır. Yevlax-Xankəndi dəmiryolu xəttinin Bərdə-Ağdam hissəsinin, habelə Horadiz-Ordubad, Yevlax-Xankəndi, Mincivan-Qafan, Qazax-Barxudarlı dəmir yolu xətlərinin bərpası layihələri təkcə iqtisadi deyil, siyasi baxımdan da əhəmiyyətlidir.

Postmüharibə dövründə Şuşada, Füzulidə, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Qubadlıda yarımstansiyaların, “Güləbird” və “Kəlbəcər-1” Su Elektrik stansiyalarının istifadəyə verilməsi, habelə “Yaşıl enerji” konsepsiyasının tətbiqinə hazırlıq istiqamətində atılan addımlar bölgənin dayanıqlı enerji təminatına zəmin yaradır.

Dövlətimizin başçısı Qarabağın turizm potensialından danışarkən deyib: “Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək”. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bir müddət əvvəl Tərtər rayonunun Suqovuşan qəsəbəsində Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq kompleksin təməlqoyma mərasimində iştirak etmələri Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının bərpası prosesində turizm sektorunun müstəsna rolunu bir daha göstərir.

Bəli, artıq Qarabağın, Şərqi Zəngəzurun yeni - bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb. İllərdir düşmənin yağmaladığı, dağıdaraq viran qoyduğu yurd yerlərimizə indi yeni nəfəs gəlib. Çox keçməyəcək ki, biz azad edilmiş torpaqlarımıza ayaq basanda işğalın ağır nəticələri, ağrı-acıları ilə deyil, gözəlliklərlə, doğma yurdlarına dönmüş insanların çöhrəsindəki xoşbəxt təbəssümlə qarşılaşacağıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kreml: Ümid edir ki, Ukrayna ilə əsir mübadiləsi tezliklə başa çatacaq

Fransada Luvr muzeyində terror aktı planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Vyanada “Avroviziya” təmsilçimizi dəstəkləmək məqsədilə Azərbaycan Günü təşkil olunub

Boliviyanın keçmiş prezidenti barəsində həbs qərarı çıxarılıb

Nitsa şəhərində silahlı hücum nəticəsində azı iki nəfər ölüb

BBC: Beş ölkə İsrailə görə “Avroviziya”nı boykot edib

Sorğu: Fransızların 91 faizi ölkənin iqtisadi gələcəyi ilə bağlı bədbin mövqedədir

Tramp İranla bağlı mümkün hərbi addımları müzakirə edəcək

Bakıda özbək ədəbiyyatına dair mühüm tədqiqat əsəri nəşr olunub

Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər

Livanın Baş naziri: İsrail ordusu ölkənin cənubunda 68 kəndə nəzarət edir

Nigeriyada silahlı hücum nəticəsində 30 nəfər ölüb

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib

Həmidə Rüstəmova: “Qırxdan sonra…” filmi qadın taleyinə və sənətin görünməyən tərəflərinə işıq salır

Gənc startapçı: Qlobal texnologiya ekosistemində platformaəsaslı yanaşma ön plana çıxıb - MÜSAHİBƏ

Azərbaycanın qadın atıcıları Avropa çempionatında bürünc medal qazanıblar

Azərbaycan güləşçiləri Avropa çempionatının finalında

Azərbaycan Kosta-Rika Prezidentinin andiçmə mərasimində təmsil olunub

Azərbaycan tatarları faşizm üzərində Qələbənin ildönümünü qeyd ediblər

WUF13 öncəsi mühüm tədbir: “Eco-Art” Festivalı

Kayseri şəhərində Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib

BMU tələbələri bədii yaradıcılıq müsabiqə-festivalının yekun konsertində çıxış ediblər

Azərbaycan parataekvondoçusu Avropa çempionatında gümüş medal qazanıb

BMT: Sudanda PUA zərbələri nəticəsində azı 880 mülki şəxs həlak olub

Tramp: İrandakı atəşkəs süni nəfəs aparatına bağlıdır

Dünya mediası Prezident İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır

Bu saata olan əsas xəbərlər

Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Türkiyəli ekspert WUF13-ün əhəmiyyəti haqqında : Bəşəriyyət şəhərlərin inkişafı yolu ilə öz gələcəyini qurur

Azərbaycan idmançıları “Khan Fight 6” beynəlxalq peşəkar MMA turnirində uğur qazanıblar

Azərbaycan-Aİ münasibətləri: reallıq manipulyasiyadan güclüdür - ŞƏRH

Ukrayna Prezidenti Vladimir Putinlə görüşün formatının ABŞ ilə müzakirə olunduğunu bildirib

Krasnoyarskda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert təşkil edilib

Litva Hərbi Akademiyasının nümayəndə heyəti Bakıdadır

Ulu Öndərin əziz xatirəsi Heydər Əliyev zirvəsində anılıb

Şərqi Zəngəzurda həyata keçirilən bərpa modeli dünya şəhərsalma təcrübəsinə yeni yanaşma gətirir - ŞƏRH

Pakistan mənbələri Tehranın Vaşinqtona cavabının detallarını açıqlayıblar

Zəngilan təkcə bölgənin deyil, böyük bir coğrafiyanın nəqliyyat mərkəzinə çevrilir - ŞƏRH

BNF-in Baş katibi: İnanıram ki, WUF13-də nəqliyyat və mənzil sektorlarına dair maraqlı müzakirələr aparılacaq VİDEO

BNF-in Baş katibi: İnanıram ki, WUF13-də nəqliyyat və mənzil sektorlarına dair maraqlı müzakirələr aparılacaq VİDEO

Rumıniya Aİ-də doğum səviyyəsinin ən çox azaldığı ölkə olub

İsveç cinayətkarlıqla mübarizədə videonəzarəti gücləndirəcək

Makron Fransa və Britaniya hərbçilərinin Hörmüz boğazına yerləşdirilməsi ilə bağlı iddiaları təkzib edib

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib

Sahib Ələkbərov: "Bakı–Xankəndi" velosiped yarışı çox cəlbedicidir

Yunanıstan qədim Roma abidələrini bərpa edəcək

"Neftçi" İdman Klubu Türkiyə təmsilçisi ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir

Azərbaycan atıcılarından Avropa çempionatında iki gümüş medal

Gürcüstan Pravoslav Kilsəsinin yeni Katolikos-Patriarxı seçilib

Qazaxıstandakı Turqay geoglifləri dünyanın ən qədim abidələrindən biri hesab oluna bilər

Aİ ukraynalı uşaqların qanunsuz deportasiyasına qarşı yeni sanksiyalar tətbiq edib

Prezident İlham Əliyevin Şərqi Zəngəzurda müasir şəhərsalma və məskunlaşma siyasəti - ŞƏRH

Parisdə Ümummilli Lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş konsert keçirilib

İsveçdə saam maralçılığı ətrafında münaqişə kəskin hal alıb

Qazi Universitetinin tələbələrinə Heydər Əliyevin dövlətçilik irsi barədə danışılıb

İzmirdə Heydər Əliyev liseyində Ulu Öndərin xatirəsi anılıb

Vyanada Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

Avropada Azərbaycana münasibətdə formalaşan iki yanaşma ilə bağlı təhlil dərc edilib

İlyas Mirzəyev: Ümidvaram ki, əsərlərim azad olunmuş Qarabağda tezliklə ifa ediləcək

TASS Bakı taksi xidmətindən yazıb

Olimpiya çempionu: "Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının kateqoriyası yüksəldilməlidir

Qazaxıstanlı velosipedçi: Ən çətin hissə üzü yoxuşa qalxmaq idi

Çin XİN: Si və Tramp ikitərəfli münasibətləri, dünya sülhünü və inkişafını müzakirə edəcəklər

İşğaldan azad olunmuş ərazilərin bərpası üçün Azərbaycan dövləti siyasi iradə nümayiş etdirir - ŞƏRH

Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru gələcəyin dayanıqlı inkişaf modeli əsasında qurur - ŞƏRH

"Bakı–Xankəndi" velosiped yarışının II mərhələsinin qalibi mükafatlandırılıb

Media: Yaxın Şərqdəki gərginlik fonunda Azərbaycanın Avropa üçün əhəmiyyəti yaxın illərdə daha da artacaq

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının II mərhələsinin qalibi bəlli olub

Zərifə Əliyeva adına uşaq bağçasında Ulu Öndərin xatirəsinə həsr olunmuş rəsm sərgisi - FOTOLAR

Almaniya və Ukrayna yeni silah sistemlərinin birgə istehsalını planlaşdırır

Türkiyə universitetlərində Azərbaycan filmləri nümayiş etdirilir

Tacikistanda buzlaqların əriməsi Mərkəzi Asiyanın su ehtiyatlarını azaldır

Sabah Bakıda 29 dərəcə isti olacaq, bəzi rayonlarda yağış yağacaq

ÜST: Hantavirus epidemiyası riski çox azdır

La-Manş boğazında miqrantlara yardım edən ekipaj üzvləri irqçi davranışlarda ittiham olunur

Azərbaycan Kubokunda son 10 mövsümün rekordu qeydə alınıb

Rumıniya mətbuatında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu xüsusi vurğulanıb

Aİ vətəndaşlar üçün vahid əmanət və investisiya hesabı təklif edir

BMT ekspertləri Yaxın Şərqdə nüvə enerjisinin riskləri barədə qənaətlərini bölüşüblər

Malayziyada Ulu Öndərin xatirəsinə həsr olunan ənənəvi şahmat turniri

Bu saata olan əsas xəbərlər

Ulu Öndər Heydər Əliyevin xatirəsi Gürcüstanda anılıb - FOTOREPORTAJ

Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb

Qazaxıstan İndoneziyanın Avropa bazarlarına çıxış platformasına çevrilə bilər

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının II mərhələsi start götürüb

Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub VİDEO

Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub VİDEO

WUF13 çərçivəsində konsert proqramı: Azərbaycan milli musiqisinin inciləri beynəlxalq auditoriyaya təqdim olunacaq

Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə gümüş medal qazanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb

FHN: Ötən həftə 32 nəfər xilas edilib

Oğuzda ADA Universitetinin layihə qalibləri mükafatlandırılıb

® bp Qarabağ layihəsi üzrə ƏMSSTQ sənədini ictimaiyyətlə müzakirə etmək üçün görüş keçirəcək

Brüsseldə vandalizm nəticəsində ictimai nəqliyyat şirkətinə 4 milyon avrodan çox ziyan dəyib

Bu gün görkəmli yazıçı Maqsud İbrahimbəyovun doğum günüdür

FHN: Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxslər xilas olunublar VİDEO

FHN: Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxslər xilas olunublar VİDEO

WUF13 tədbirində təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi konsert proqramı ilə yad edilib

Bu gün "Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının ikinci mərhələsi başlayır

Çin “Tiencou-10” yük gəmisini orbitə göndərib VİDEO

Çin “Tiencou-10” yük gəmisini orbitə göndərib VİDEO

Donald Trampın Çinə səfərinin tarixləri açıqlanıb