OMBUDSMAN APARATININ ƏMƏKDAŞI İNSAN HÜQUQLARI SAHƏSİNDƏ KEÇİRİLƏN TƏCRÜBƏ MÜBADİLƏSİ PROQRAMINDA İŞTİRAK ETMİŞDİR
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşı Kentuki ştatının Luivil şəhərində ABŞ-da hüququn aliliyi və insan hüquqları sahəsində keçirilən təcrübə mübadiləsi proqramında iştirak etmişdir.
Tədbir Amerika Beynəlxalq Təhsil Şurasının maarifləndirmə layihəsi çərçivəsində həyata keçirilmişdir.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, səfər zamanı təsisatın əməkdaşı federal məhkəmənin, əyalət məhkəməsinin, prokurorluq orqanının və həmin ştatın vəkillər kollegiyasının fəaliyyəti ilə tanış olmuşdur. Bundan əlavə o, Luivil Universitetinin bir sıra müəllim heyəti ilə hüququn aliliyi və mübahisələrin məhkəmədənkənar həlli yolları mövzusunda maraqlı müzakirələr aparmışdır.
Görüşlərdə son illərdə ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində aparılan uğurlu islahatlar, o cümlədən Azərbaycan Ombudsman institutunun yaranma tarixi və fəaliyyəti haqqında geniş məlumat verilmişdir.