Ombudsman Naxçıvan Muxtar Respublikasında səfərdədir
Bakı, 12 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Naxçıvan Muxtar Respublikasında səfərdədir.
Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Səbinə Əliyeva Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, əziz xatirəsini dərin ehtiramla anıb, abidə önünə gül dəstəsi qoyub.
Sonra S.Əliyeva Heydər Əliyev Muzeyi ilə tanış olub. Ombudsman Muzeydə sərgilənən eksponatların Heydər Əliyevin zəngin irsinin öyrənilməsində və gələcək nəsillərə ötürülməsində xüsusi önəm təşkil etdiyini bildirib.