OMBUDSMAN ŞƏKİDƏ TƏBİİ FƏLAKƏT ZONASINA BAŞ ÇƏKMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şəkidə səfərdə olan Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ötən ayın axırlarında rayonda baş vermiş təbii fəlakət nəticəsində daha çox ziyan dəymiş Köndələn kəndinə və Baş Göynük kəndinin Qarasov ərazisinə gələrək yerli sakinlərlə görüşmüş, onların qayğı və ehtiyacları, problemləri ilə maraqlanmışdır. Ombudsman baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması və zərər çəkmiş insanların hüquqlarının təmin edilməsi ilə bağlı həyata keçirilən işlərlə yaxından tanış olmuşdur.
Ombudsman Şəki şəhərində yerli sakinlərlə də görüşmüş, onları maraqlandıran suallara aydınlıq gətirmişdir.