Ömür boyu şəhidlərimizin ruhu qarşısında baş əyməliyik
Bakı, 20 yanvar (AZƏRTAC). 20 Yanvar hadisələri bizim qanlı faciəmizdir. Keçmiş SSRİ rəhbərliyinin qanunsuz olaraq Bakının küçələrinə qoşun yeritməsinə etirazını bildirən dinc sakinlər azğınlaşmış imperiya ordusu tərəfindən güllə-baran edilmiş, günahsız insanların həyatına son qoyulmuşdur. Bizim üçün canlarını qurban etdiklərinə görə ömür boyu şəhidlərimizin ruhu qarşısında baş əyməliyik.
Bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanını ziyarətə gələn tibb bacısı Leyla Məmmədova AZƏRTAC-a müsahibəsində demişdir.
O müdhiş gecənin şahidlərindən biri olduğunu söyləyən Leyla Məmmədova bildirmişdir ki, həmin gün xalqımızın qəhrəman oğul və qızları yalın əllə imperiya ordusuna qarşı mübarizə aparmış və şəhid olmuşlar. Biz də hər il xalqımızın milli azadlıq mübarizəsi uğrunda qəhrəmanlıq göstərərək şəhid olmuş Vətən övladlarını yad edirik və bildiririk ki, Qanlı 20 Yanvarı heç vaxt unutmayacağıq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]