Onlayn seminar: Azərbaycanda multikulturalizmin tarixi kökləri
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ümumi fənlərin tədrisinin təşkili departamentinin təşkilatçılığı ilə onlayn seminar keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, seminarda “Azərbaycanda multikulturalizmin tarixi kökləri” mövzusunda çıxışlar dinlənilib.
Tədris və təlim texnologiyaları üzrə prorektor, dosent Anar Rzayev qeyd edib ki, Azərbaycanda multikulturalizmin, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Multikultural dəyərlər baxımından Azərbaycan xalqı dünyaya nümunədir.
Departamentin rəhbəri, dosent Gülnarə Rzayeva “Azərbaycanda multikulturalizmin tarixi kökləri” mövzusunda çıxış edib.
Humanitar fənlər kafedrasının professoru Məhəbbət Paşayeva diqqətə çatdırıb ki, Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin qaynayıb-qarışdığı, əsrlərboyu etnik və dini müxtəliflik mühitinin formalaşdığı, xalqların və konfessiyaların sülh, dostluq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı bir ölkə olaraq tanınıb.
Seminar çərçivəsində müəllimləri maraqlandıran suallar məruzəçi tərəfindən cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:48]
ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]
“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub
- 12.10.2026 [16:34]