Onlayn superturnirdə Maqnus Karlsen və Fabiano Karuana liderlər qrupunda mübarizə aparırlar
Bakı, 22 aprel, AZƏRTAC
Aprelin 21-də hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən şahmat üzrə onlayn superturnirin ikinci turunun növbəti görüşləri baş tutub.
AZƏRTAC xəbər verir ki, Rusiyalı Yan Nepomnyaşi fransalı Maksim Vaşe-Laqrav, çinli Liren Dinq ABŞ şahmatçısı Fabiano Karuana qarşılaşmalarında əsas vaxt heç-heçə başa çatdığından qalibi “armagedon” müəyyən edib. Y. Nepomnyaşi M. Vaşe-Laqrava, F. Karuana L. Dinqə 3:2 hesabı ilə qalib gəliblər. Hər iki qalib “armagedon” səbəbindən turdan 2 xal götürüb. Məğlublar isə eyni səbəbdən 1 xal qazana biliblər.
Hazırda M.Karlsen və F. Karuana 5 xalla öndədirlər. Amerikalı şahmatçı Hikaru Nakamura, M.Vaşe-Laqrav, L.Dinq 4 xala malikdirlər. Y.Nepomnyaşinin 2 xalı var. FIDE bayrağı altında çıxış edən iranlı Əlirza Firuzca və Niderland təmsilçisi Aniş Giri hələ ki, xalsızdırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]