İQTİSADİYYAT
OPEC: Yay mövsümü neft tələbatının bərpasında əsas amil olacaq
![OPEC: Yay mövsümü neft tələbatının bərpasında əsas amil olacaq](/files/2021/1/1200x630/16183194343282236713_1200x630.jpg)
Bakı, 13 aprel, AZƏRTAC
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) yay mövsümünün xam neft tələbatının bərpasında əsas amil olacağını gözləyir.
AZƏRTAC OPEC-ə istinadla xəbər verir ki, qlobal xam neft tələbatına dair proqnozun artmasına güclü iqtisadi bərpa gözləntiləri səbəb olur. İlin ikinci yarısında neft tələbatına müsbət təsir göstərəcəyi gözlənilən iqtisadi canlanmaya yeni növ koronavirus epidemiyasına qarşı vaksinasiya proseslərinin sürətlənməsi, iqtisadi dəstək paketləri və epidemiya ilə bağlı məhdudlaşdırıcı tədbirlərin azaldılması kimi amillər dəstək olacaq.
Yanacaq sərfiyatının və nəqliyyat vasitələrindən istifadəsini artıracağı proqnozlaşdırılan yay mövsümünün tələbatın bərpasında əsas amil olacağı proqnozlaşdırılır. Digər tərəfdən, il ərzində bazarlarda epidemiya ilə bağlı risk səviyyəsinin yüksək qalacağı gözlənilir.
Əmək bazarlarındakı inkişaflar, epidemiyanın tələbata təsiri, yeni enerji siyasətləri, genişmiqyaslı pul və maliyyə stimullaşdırma tədbirlərinin effektivliyi kimi amillərin qısa müddətdə neft tələbatına daha çox təsir edəcəyi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]