“Opera Euro Rapid”: Teymur Rəcəbov yarımfinal mərhələsinin birinci günündə ABŞ təmsilçisinə uduzub
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 11-də Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” seriyasının “Opera Euro Rapid” adlı üçüncü mərhələsinin yarımfinalının ilk matçında mübarizə aparıb.
AZƏRTAC xəbər verir ki, 34 yaşlı qrossmeyster ABŞ təmsilçisi Uesli Soya birinci partiyada məğlub olsa da, ikinci oyunda daha inamla çıxış edərək hesabı bərabərləşdirib. Üçüncü partiyada rəqib yenidən üstün oyun nümayiş etdirib. Sonuncu partiya isə heç-heçə başa çatıb. Beləliklə, şahmatçımız yarımfinalın birinci matçını 1,5:2,5 hesablı məğlubiyyətlə başa vurub.
Yarımfinal mərhələsi iki gün ərzində keçirilən iki matçdan ibarətdir. Hər matçda dörd partiya oynanılır. İki günün nəticəsi heç-heçə olarsa, qalib tay-breykdə müəyyənləşəcək.
Qeyd edək ki, şahmatçımız dörddəbir finalda Niderland təmsilçisi Aniş Girini məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]