Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ordubad dəmir yolu stansiyası kompleks quruculuq işlərindən sonra istifadəyə verilib

Ordubad, 2 aprel, AZƏRTAC

Aprelin 2-də “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ordubad dəmir yolu stansiyası kompleks quruculuq işlərindən sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov açılış tədbirində iştirak ediblər.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev çıxış edərək deyib ki, muxtar respublikada aparılan quruculuq işləri dəmir yolu sistemini də əhatə edib, sərnişin vağzalı binaları, inzibati və texniki binalar yenidən qurulub, müasir dəmir yolu infrastrukturu, hərtərəfli iş və xidmət şəraiti yaradılıb. İnfrastrukturun daim yenilənməsi, xidmətin səviyyəsinin yüksəldilməsi dəmir yol nəqliyyatından istifadə edənlərin sayını artırıb. Dəmir yolu təsərrüfatında aparılan quruculuq işlərinin davamı olaraq Ordubad sərnişin vağzalı və yol sahəsi üçün yeni inzibati binalar, eləcə də yol fəhlələri üçün yeni bina tikilib, stansiyanın İdarəetmə Mərkəzi, yük anbarı və yarımstansiya binası əsaslı şəkildə yenidən qurulub. Mahir Əliyev göstərilən qayğıya görə muxtar respublikanın bütün dəmiryolçuları adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov çıxış edərək deyib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf dövrünü yaşayır. Ümummilli Liderin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, blokada şəraitində olmasına baxmayaraq muxtar respublikada dəmir yolu infrastrukturu qorunub saxlanılır və inkişaf etdirilir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bundan sonra da Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun müasirləşdirilməsi istiqamətində tədbirlər görəcəkdir. Hazırda İran ərazisindən Naxçıvan Muxtar Respublikası ilə Bakı şəhəri arasında dəmir yolu xəttinin açılması istiqamətində işlər aparılır. Bu da muxtar respublikanın iqtisadi inkişafına və dəmir yolu nəqliyyatının daha da müasirləşdirilməsinə töhfəsini verəcəkdir. Cavid Qurbanov Ordubad dəmir yolu stansiyasının və yeni sərnişin vaqonlarının istifadəyə verilməsi münasibətilə kollektivə təbriklərini çatdırıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad dəmir yolu stansiyasının və yeni sərnişin vaqonlarının istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirib, bu münasibətlə dəmiryolçuları və istifadəçiləri təbrik edərək deyib: Naxçıvan Muxtar Respublikası Ermənistan-Azərbaycan, Dağlıq Qarabaş münaqişəsi başlayan dövrdən etibarən blokada şəraitində yaşayır. Həmin dövrdə ümummilli liderimiz Heydər Əliyevin muxtar respublikaya rəhbərlik etməsi Naxçıvanı bir çox bəlalardan xilas etdi. Eyni zamanda Ulu Öndər tərəfindən həyata keçirilən tədbirlər Naxçıvan dəmir yollarının da dağılmasının qarşısını aldı. Ümummilli Liderimizin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə digər sahələrlə yanaşı, dəmir yolunun inkişafına da diqqət artırıldı.

Ali Məclisin Sədri deyib: Bu gün Ulu Öndərin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda bütün sahələr inkişaf etdirilir. Bu inkişaf dəmir yolu nəqliyyatını da əhatə etmişdir. Hər bir müstəqil ölkədə ən vacib sahələrdən biri də dəmir yolu nəqliyyatıdır. Çünki dəmir yolu nəqliyyatının inkişafı ölkənin müstəqilliyinin və iqtisadi qüdrətinin göstəricisidir. Blokada şəraitində olmasına baxmayaraq, muxtar respublikada da dəmir yolu təsərrüfatı qorunub saxlanılmaqla yanaşı, həm də inkişaf etdirilir. “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə inkişaf Proqramı” muxtar respublikada dəmir yolu nəqliyyatının inkişafına təkan vermişdir. Hazırda muxtar respublikada daxili yük və sərnişin daşınmalarının həyata keçirilməsində dəmir yolunun imkanlarından geniş istifadə olunur. Bu da sakinlər və iş adamları tərəfindən məmnunluqla qarşılanır. Bütün bunlar isə həm proqramın uğurlu icrasının, həm də Naxçıvan dəmiryolçularının fədakar əməyinin nəticəsidir.

Ali Məclisin Sədri dəmiryolçulara təşəkkürünü bildirərək deyib: “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti muxtar respublikada dəmir yolu nəqliyyatının inkişafına hərtərəfli diqqət göstərir. Muxtar respublikada dəmir yolu infrastrukturu müasirləşdirilir, yeni dəmir yolu vağzalları tikilir, vaqon təmiri deposu yenidən qurulur və digər işlər həyata keçirilir. Bu gün yeni sərnişin vaqonlarının istifadəyə verilməsi də göstərilən qayğının daha bir ifadəsidir.

Ali Məclisin Sədri Naxçıvanda dəmir yolunun inkişafına göstərdiyi köməkliyə görə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə təşəkkürünü bildirib, yeni vaqonlardan səmərəli istifadə olunacağına və sərnişinlərə nümunəvi xidmət göstəriləcəyinə əminliyini ifadə edib.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov açılışı bildirən lenti kəsiblər.

Məlumat verilib ki, quruculuq işləri aparılarkən Ordubad sərnişin vağzalı üçün yeni inzibati bina, yol sahəsi üçün inzibati və yardımçı binalar, həmçinin yol fəhlələri üçün bina tikilib, stansiyanın İdarəetmə Mərkəzi və yük anbarı yenidən qurulub. Ordubad sərnişin vağzalının inzibati binasında 9 iş otağı, gözləmə zalı, zirzəmi qatında isə bufet və texniki otaqlar yerləşir. Stansiyanın İdarəetmə Mərkəzinin binasında 7 iş otağı, 5 avadanlıq otağı, anbar və qazanxana mövcuddur. İdarənin həyətində qapalı və çardaq hissədən ibarət yük anbarı yerləşir. Stansiyanın 2-ci qəbul-göndərmə yolu, bu yol ilə baş yol arasında olan 290 metrlik, eləcə də stansiya ərazisindəki 425 metrlik sərnişin platformaları da yenidən qurulub. Ordubad Yol Sahəsinin inzibati binasında 11 iş otağı və bufet, yeni tikilmiş yardımçı binasında sürücü və mexaniklər, defektoskop briqadası üçün otaqlar, qaynaq və dəmirçi sexləri, 3 qaraj və anbar yerləşir. Yol fəhlələri üçün inşa edilmiş binada isə iş otaqları və anbar vardır.

Binaların hər biri istilik sistemi ilə təmin olunub, iş otaqlarında kompüter dəstləri qoyulub, stansiyanın bütün ərazisində müasir işıqlandırma sistemi qurulub. Sel sularının qarşısını almaq üçün ərazidə suötürücü kanal inşa edilib, yaşıllıq zolağı və meyvə bağı salınıb.

Muxtar respublikanın dəmir yolu təsərrüfatına
 8 yeni sərnişin vaqonu təqdim edilib

Muxtar respublikada dəmir yolu nəqliyyatının müasir tələblər səviyyəsində qurulması və sərnişinlərə nümunəvi xidmət göstərilməsi sahəsində ardıcıl tədbirlər görülür.

Aprelin 2-də muxtar respublikanın dəmir yolu təsərrüfatına 8 yeni sərnişin vaqonu təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov yeni sərnişin vaqonlarına baxıblar.

Bildirilib ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən alınıb gətirilmiş vaqonların hər biri 60 yerlikdir. Vaqonlarda kombinasiya edilmiş istilik və soyutma sistemləri quraşdırılıb, sərnişinlərə “Naxtel 4G” mobil operatoru vasitəsilə pulsuz internetdən, eləcə də televizordan istifadə imkanı yaradılıb. Həmçinin hər vaqonda 2 nəzarət kamerası quraşdırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib