ORDUDA XİDMƏT ETMƏK ÖZBƏKİSTAN GƏNCLƏRİ ÜÇÜN DƏYƏRLİ MƏQSƏDDİR
Orduda xidmət etmək üçün tibbi komissiyadan, psixoloji dözümlülük testindən keçmək, tirdən tullanmaq lazımdır. Məktəbi, kolleci və liseyi bitirməmiş gənclər əsgərlik barədə heç düşünə də bilməzlər.
Özbəkistan gəncləri orduda xidmət etməyə can atırlar. Belə ki, yalnız hərbi qulluğu başa çatdırdıqdan sonra milisdə, gömrük orqanlarında və vergi polisində, müqavilə ilə orduda xidmət etmək, ordu zabiti rütbəsini almaq mümkündür.
Ordudan tərxis edilmiş əsgərə ali məktəbə daxil olmaq da asandır. Qəbul imtahanlarında belə abituriyentlər adi məzunlardan 25 faiz az bal toplaya bilərlər. 2005-ci ildə ali məktəblərə daxil olan keçmiş əsgərlərin sayı 2002-ci illə müqayisədə 10 dəfədən çox artmışdır.
Müdafiə Nazirliyinin məlumatına görə, ehtiyatda olan 50 min hərbçi dövlət müəssisələrində işlə təmin edilmiş, 20 min nəfər isə bizneslə məşğul olmaq imkanı qazanmışdır.
Özbəkistanda müddətli xidmət 1 ilədək azaldılmışdır. Bundan əlavə, səfərbər çağırışçılar ehtiyatı yaradılmışdır. Buraya biraylıq hərbi toplantıda olmuş və xəzinəyə 27,5 minimum əmək haqqı məbləğində (təxminən 200 dollar) vəsait ödəmiş gənclər daxildir. Bu, həmin gəncləri müddətli hərbi xidmətdən azad edir və onlara ordu sıralarında müqavilə ilə xidmətə yol açır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:39]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]