Orxan Məmmədov: Qarabağda işləmək üçün 500-ə yaxın xarici şirkət müraciət edib
Bakı, 8 iyun, AZƏRTAC
Qarabağda biznes fəaliyyəti üçün bu günədək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 1400-dən artıq müraciət daxil olub. Onların təqribin 500-ə yaxını xarici şirkətlərdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri KOBİA-nın sədri Orxan Məmmədov “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda keçirilən sərgidə bildirib.
KOBİA sədri qeyd edib ki, Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Qələbə və Qarabağ bölgəsinin işğaldan azad edilməsi də ölkəmizdə bizneslərin inkişaf üçün əlavə imkanlar açdı.
“Agentlik tərəfindən həm Qarabağın iqtisadi potensialının beynəlxalq müstəvidə tanıdılması, həm də işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlıq subyektlərinin müraciətlərinin toplanması istiqamətində işlər davam etdirilir”, - deyə Orxan Məmmədov qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]