Ötən ay BŞTİ-yə daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb
Bakı, 1 may, AZƏRTAC
Aprel ayında Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 10 min 550 müraciət daxil olub.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 6 min 485 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə isə 2 min 171 müraciət daxil olub.
BŞTİ-yə 1466 sənəd (vətəndaşlar tərəfindən 296 ərizə, Elm və Təhsil Nazirliyindən 233, digər qurumlardan 236, məktəbəqədər və ümumtəhsil müəssisələrindən 512 məktub və 189 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 428 elektron müraciətə baxılıb.
Müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər müvafiq məsələləri əhatə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:27]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:13]
NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]