Ötən il 3888 nəfərə evdə sosial məişət xidməti göstərilib VİDEO
Bakı, 19 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) ötən 6 ilə yaxın müddətdə 600 min şəxsə müxtəlif sosial xidmətlər göstərib. Agentlik bu günə kimi 16 min həssas qrupdan olan ailələrə mənzil təqdim edib. Postmüharibə dövründə isə 7000-dən çox şəxsə mənzil verilib. Bu dövr ərzində 7700-dən çox şəxs avtomobillə təmin olunub.
AZƏRTAC xəbər verir ki, bunu SXA-nın İdarə Heyətinin sədri Vüqar Behbudov 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ötən il imtiyazlı şəxslərə və şəhid ailələrindən olan 1620 nəfərə sanatoriya-kurort yollayışları təqdim edilib. Onlardan 96-sı şəhid ailəsi üzvüdür. Həmçinin 17 min 168 nəfər şəhid ailəsi üzvü vəsiqəsi ilə təmin olunub. Eyni zamanda, 2025-ci il ərzində 3888 nəfərə evdə sosial məişət xidməti göstərilib. Onlardan 3595-i ahıl şəxs, 293-ü isə yaşı 70-dən çox olan şəxslərdir.