Ötən il 672 nəfərə sosial reabilitasiya xidməti göstərilib VİDEO
Bakı, 19 yanvar, AZƏRTAC
2025-ci il ərzində ümumilikdə 672 nəfərə sosial reabilitasiya xidməti göstərilib, onlardan 622-si uşaqdır.
AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) İdarə Heyətinin sədri Vüqar Behbudov 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, mərkəzlərdə xidmətlərdən yararlanan şəxslər üçün il ərzində keçirilən 95 maarifləndirici təlim və inklüziv mədəni tədbirlərdə 1686 nəfər iştirak edib. Eləcə də 274 nəfərə sosial-məsləhət yardımı göstərilib. Xidmətlərdən faydalanmaq istəyənlər SXA-ya və agentliyin regional filiallarına, eləcə də DOST mərkəzlərinə müraciət edə bilərlər.
“Qeyd edim ki, bu il ərzində Hacıqabul və Göyçayda, eləcə də Xəzər və Xətai rayonlarında yeni mərkəzlərin açılması nəzərdə tutulur", - deyə o diqqətə çatdırıb.