Bakı, 17 fevral, AZƏRTAC
2024-cü il ərzində Bakı-Naxçıvan müntəzəm avtobus marşrutu üzrə 3106 reys həyata keçirilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, bu müddət ərzində 126 min sərnişin Bakı-Naxçıvan müntəzəm avtobus marşrutu ilə daşınıb.