Ötən il əlilliyi olan 142 min şəxsə reabilitasiya xidmətləri göstərilib
Bakı, 14 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2025-ci ildə əlilliyi olan 142 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 78 min 600 nəfərə ambulator, 33 min 200 nəfərə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji, hippoterapiya istiqamətləri üzrə reabilitasiya xidmətləri göstərilib.
Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, son illər qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, rəqs terapiyası, hippoterapiya və s.) da tətbiq edilir. Əlilliyi olan şəxslərə stasionar və ambulator şəraitdə, habelə icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:54]
İcra Xidmətinin rəis müavini: Xüsusi icra institutu mərhələli tətbiq edilir
- 12.06.2026 [12:42]
“Heydər Əliyev: Halın tərcüməsi” sənədli filminin təqdimatı olub
- 12.06.2026 [12:05]
Benefisiarlar “Ailə bağları”nda iştirak ediblər
- 12.06.2026 [11:17]