Ötən il İranda 800 ton narkotik tutulub
Tehran, 20 aprel AZƏRTAC
Ötən il İranın hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatlar nəticəsində 800 ton narkotik maddə müsadirə edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı polis generalı Hüseyn Əştəri verib.
Polis orqanlarının Tehranda keçirilən onlayn forumunda çıxış edən H.Əştəri qeyd edib ki, hüquq-mühafizə orqanları koronavirusla mübarizədə ön sıralarda olsalar da, narkotik qaçaqmalçılığına qarşı mübarizəni davam etdiriblər.
Narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizənin önündə İran sərhədçiləri dayanır. İranın Əfqanıstan ilə ümumi sərhədə malik olması qaçaqmalçılar üçün münbit şərait yaradıb.
General nəzərə çatdırıb ki, ABŞ qoşunları Əfqanıstana daxil olduğu 2001-ci ildən sonra qaçaqmalçılıq halları daha da artıb. Narkotik vasitələr tranzit olaraq Əfqanıstandan İrana, buradan isə Avropaya daşınır.
Rəsmi Tehran dəfələrlə Avropa İttifaqına narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizədə yardım istəsə də, müsbət cavab almayıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]