Ötən il Tərtərdə 71,7 hektar sahədə yeni meyvə bağları salınıb
Tərtər, 5 yanvar, AZƏRTAC
Tərtər rayonunda əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilikdir. Son illərdə kənd təsərrüfatının digər sahələri kimi, bu istiqamətdə də inkişafa nail olunub.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Tərtərdə 1579,5 hektar meyvə bağları və giləmeyvəlik, 10,1 hektar üzümlüklər var. Meyvə bağları və giləmeyvəliklərin 1312,2 hektarı bar verəndir. Həmin bağlardan 2020-ci ildə 13 min 210,8 ton meyvə və giləmeyvə, 343 ton üzüm yığılıb. Hər hektardan orta məhsuldarlıq meyvə və giləmeyvə üzrə 100,7 sentner, üzüm üzrə 339,6 sentner olub.
Ötən il 71,7 hektar sahədə yeni meyvə bağları, o cümlədən 62 hektarda şaftalı, 6,2 hektarda xurma, 2 hektarda fındıq, 1 hektarda alça, 0,2 hektarda ərik, 0,3 hektarda gilas bağı salınıb. Yeni salınmış meyvə bağlarının 62 hektarı intensiv meyvə bağlarıdır. 2020-ci ildə rayonun təsərrüfatlarında 1 milyon 683 min 60 ədəd meyvə tingi, 62 min 700 ədəd dekorativ bitki tingləri yetişdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]