OTLAQLAR VƏ BİOLOJİ MÜXTƏLİFLİK
AMEA-nın Genetik Ehtiyatlar İnstitutundan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, respublikamızın qış və yay otlaqlarının bioloji müxtəlifliyi heyvandarlığın inkişafı ilə bağlıdır. Bu otlaqlarda mal-qaranın sistemsiz otarılması, otarma normalarına əməl olunmaması, otlaqlardan təyinatı üzrə istifadə edilməməsi, çəmən-bərpa işlərinin aparılmaması və digər amillər ərazilərin ekoloji tarazlığının pozulamasına səbəb olur. Nəticədə eroziya prosesləri güclənir, bitki örtüyü azalır, növ tərkibi dəyişir, qiymətli yem bitkiləri məhv edilir.
Xatırladaq ki, Elmi Tədqiqat Suvarma və Eroziya İnstitutunun məlumatına görə, ölkəmizdəki otlaqların 70 faizi eroziyaya məruz qalmışdır. Yay otlaqları daha həssas ərazilərdə yerləşdiyi üçün burada eroziya prosesləri daha kəskin gedir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]