Azərbaycan Dövlət İnformasiya Agentliyi

Otuz saatı yollarda keçən üç günlük Pekin səfərindən bir neçə ştrix

Bakı, 3 iyul, AZƏRTAC 

Çin nəhəng ölkədir. Əhalisinin sayına (1,4 milyard nəfərə yaxın) dünyada birinci, ərazisinə görə (9 milyon 598 min kvadratkilometrdən çox) Rusiya və Kanadadan sonra üçüncü yeri tutur. Bakı ilə Pekin arasında məsafə hava yolu ilə 5520 kilometrdir və “Boeing-767” təyyarəsi bu yolu təxminən altı saat yarıma qət edir. Səfərimizin vaxtı Bakı-Pekin aviareysinin uçuş qrafikinə uyğun gəlmədiyindən Çinin paytaxtına İstanbul üzərindən uçmalı olduq. Beləliklə, üç günlük səfərimizin 30 saata yaxını yollarda, bu vaxtın 24 saatı isə təyyarələrdə keçdi.

“Asiyada sabitlik və inkişaf naminə” forumuna sözardı

Bizi Pekinə - Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsinin 25 illiyi münasibətilə iyunun 28-də keçirilən ikinci qeyri-hökumət forumuna Çinin Bakıdakı səfirliyi dəvət etmişdi. Çin Xalq Respublikasının sədri Si Cinpinin “Asiyada sabitlik və inkişaf naminə” adlı forumun ünvanına təbrik məktubu göndərməsi tədbirin səviyyə göstəricisi sayıla bilərdi. Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsinin regional sülhə töhfəsini müsbət qiymətləndirən Çin lideri məktubunda forumun regionda sabitliyə və ümumi inkişafa nail olunmasında əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edirdi. Bu təbrik və inam hissi, təbii ki, müzakirələrə xüsusi ahəng verdi və özünəməxsus işgüzar əhvali-ruhiyyə yaratdı.

Xatırladaq ki, Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsinin qeyri-hökumət forumu 2014-cü ildə Si Cinpinin təşəbbüsü ilə təsis olunub. Ötən müddətdə Çin Asiyada dayanıqlı təhlükəsizlik və əməkdaşlığa əsaslanan kompleks konsepsiyanın yayılması və həyata keçirilməsinə maksimum səylər göstərib. Habelə regional təhlükəsizlik və əməkdaşlığın yeni çərçivələrinin müəyyənləşdirilməsində yaxından iştirak edib. Qeyri-hökumət təşkilatlarının müvafiq tövsiyə və təkliflərin irəli sürülməsinə səfərbər edilməsi də bu qəbildəndir.

Təbii ki, forumda müzakirələr əsasən bu istiqamətdə gedir, Çinin sülh və əməkdaşlığın genişlənməsinə hesablanmış “Bir kəmər, bir yol” təşəbbüsü yekdilliklə təqdir olunurdu. Bu yerdə xatırlatmağı lazım bilirik ki, hazırda 70-dən çox ölkə və beynəlxalq təşkilat “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlıq etməyə hazır olduğunu bildirib, Azərbaycan da daxil olmaqla, təxminən 30 ölkə isə bununla bağlı müqavilə imzalayıb. 2015-ci ildə Çin müəssisələri layihənin əhatə etdiyi 49 ölkəyə birbaşa investisiyalar yönəldib. Kapital qoyuluşunun həcmi 14,82 milyard ABŞ dolları təşkil edib.

Forum iştirakçıları regiondakı mövcud münaqişələrin yaratdığı təhlükələrdən, terrorçuluğun artan miqyasından keçirdikləri narahatlığı dilə gətirirdilər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulan çıxışlardan hiss olunurdu ki, dünyanı təhdid edən təhlükələr hamını eyni dərəcədə düşündürür. Bu sırada, həmçinin beynəlxalq terrorçuluq, separatçılıq və ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıq xüsusi qeyd edilirdi. Yekdil fikir isə ondan ibarət idi ki, qlobal təhlükələrin qarşısının alınmasının yeganə effektiv vasitəsi dünya ictimaiyyətinin səylərinin birləşdirilməsi, geniş beynəlxalq antiterror koalisiyasının formalaşdırılmasıdır.

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin məlumatına görə, forumda 300-dək yerli və xarici nümayəndə, o cümlədən sabiq yüksək vəzifəli siyasətçilər, mütəxəssislər və alimlər, KİV və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirdilər. Təsadüfi deyildi ki, çoxsaylı çıxışlarda əsas diqqət dünya əhalisinin təxminən yarısının yaşadığı, dünya iqtisadiyyatının üçdəbirinə malik Asiyanın təhlükəsizlik və əməkdaşlıq konsepsiyasının reallaşdırılması məsələlərinə yönəldilirdi.

Pekindən Azərbaycana baxış

Azərbaycan ərazi və əhali baxımından Asiya regionunun kiçik dövlətləri sırasına daxildir. Lakin onun strateji mövqeyi - bir tərəfdən Şərqlə Qərbin kəsişmə nöqtəsində, İpək Yolu marşrutunun üzərində yerləşməsi, digər tərəfdən karbohidrogen ehtiyatları ilə zənginliyi ölkəmizə diqqət və marağı artırır. Bununla yanaşı, ölkəmizin “Böyük İpək yolu”, “Şərq-Qərb nəqliyyat dəhlizi” layihələrində fəal iştirakı Çinlə Azərbaycanı bir-biri ilə bağlayan telləri möhkəmləndirir.

Biz forumda və tədbir çərçivəsində keçirilən panel iclaslarda ölkəmizə artan marağın şahidi olurduq. AZƏRTAC-ın təmsilçilərinə - baş mühəndis Fuad Qədilliyə və bu sətirlərin müəllifinə iki panel iclasda çıxış etmək imkanı yaradılması da yəqin ki, Azərbaycana bəslənilən rəğbətdən qaynaqlanırdı. Yeri gəlmişkən, foruma ölkəmizi altı nəfərlik heyət - AZƏRTAC-ın, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin və “Çin-Azərbaycan Dostluğu” İctimai Birliyinin nümayəndələri dəvət almışdılar.

Asiyada təhlükəsizliyin təmin olunmasında KİV-lərin roluna həsr edilmiş panelin moderatoru - Çin İctimai Diplomatiya Assosiasiyası Katibliyinin tədqiqatlar departamentinin direktoru Yao Yao sözü AZƏRTAC-ın təmsilçisinə verərkən Azərbaycan haqqında xoş sözlər söylədi. Bakıya bu yaxınlardakı səfərini xatırladaraq geriyə zəngin təəssüratla qayıtdığından danışdı. Pekində, Asiyanın müxtəlif regionlarından çoxsaylı nümayəndələrin qatıldığı mötəbər tədbirdə Azərbaycan və Bakı haqqında xoş sözlərin səslənməsi son dərəcə qürurverici idi.

İnternetin əhali arasında geniş yayılması və əlçatanlığı, habelə şəhərlə kənd arasında fərqlərin minimuma endirilməsi baxımından Azərbaycan Asiya ölkələri arasında öncül yerlərdən birini tutur. Bu faktları panel iştirakçılarının diqqətinə çatdırdıq. Halbuki Asiyanın bir çox ölkələrində internetin yayılması sahəsində vəziyyət fərqlidir və hətta bəzən uçurum təsiri bağışlayır. Təsadüfi deyildi ki, forumda müzakirələr zamanı rəqəmsal uçurumdan doğan ciddi narahatlıq tez-tez dilə gətirilirdi.

İclasdan sonra Qazaxıstanın “Kazinform” Beynəlxalq Xəbər Agentliyinin baş direktoru Askar Umarov bizə yaxınlaşdı. Pekindən, forumdan, ölkələrimizdəki vəziyyətdən, agentliklərimizin fəaliyyətindən danışdıq. Qırx bir yaşlı Askar Umarov baş direktor vəzifəsinə təxminən iki-üç ay əvvəl təyin olunub. Uzaq Pekində həmkarımızın dilindən Azərbaycanda şahidi olduğu inkişaf, Bakının gözəlliyi, AZƏRTAC-ın saytı barədə səmimi sözləri eşitmək bizə olduqca xoş təsir bağışladı. O, sentyabrın sonlarında Bakıya yeni səfərinin nəzərdə tutulduğunu və bu gəlişi zamanı AZƏRTAC-a hökmən baş çəkəcəyini bildirdi. “Kazinform”un Azərbaycan haqqında həftədə minimum 5-6 xəbər yaydığını deyən Askar Umarov hesab edir ki, bu azdır və agentliklərimiz arasında əməkdaşlığı genişləndirmək, informasiya mübadiləsinə sistemli xarakter vermək lazımdır. Söhbətimizə qoşulan digər həmkarımız - Tacikistanda nəşr olunan “Xalq qəzeti”nin baş redaktoru Mahbuba Kamolova da KİV-in mümkün əməkdaşlığı barədə fikirlərini bizimlə bölüşdü.

Beləliklə, Pekinə çox qısa səfərimiz zamanı yeni həmfikirlər və dostlar da tapdıq.

Çin - təzadlar ölkəsi

Doğrusu, Pekinə getməzdən əvvəl səfər qeydləri yazmaq barədə düşünürdüm. Yeddi min kilometr yol keçib Çinə gedəsən, dünyanın yeddi möcüzəsindən biri olan Çin səddini görməyəsən! Səfər üçün ayrılan vaxt və Pekinlə tanışlıq baxımından məhdud proqram bu arzunu ürəyimizdə qoydu. Tərslikdən Çindəki xüsusi müxbirimiz Şahin Cəfərov həmin vaxt Seulda xidməti ezamiyyətdə idi. Özünü bizə yalnız geri dönməyimizə 6-7 saat qalmış yetirə bildi və onun sayəsində Pekini maşınla ötəri də olsa, gəzib-dolaşa bildik.

Çin təzadlar ölkəsidir. Bu təzad xüsusən yaşayış massivlərində özünü qabarıq büruzə verir: bizdəki sovet dövründən qalmış “xuruşşovkalara”, köhnə doqquzmərtəbələrə bənzəyən binalarla yanaşı, yeni çoxmərtəbəli yaşayış binaları ucalır. Eyni ilə bunun kimi, ölkədə sosializm və kapitalizm yanaşı addımlayır. 1949-cu ildən Çini Kommunist Partiyası idarə edir. Bu qeydləri yazarkən gözümə bir informasiya başlığı sataşdı: “Çin Kommunist Partiyası üzvlərinin sayı 89,5 milyona çatdı”. Ölkənin qurucusu Mao Tszedunun liderliyi ilə kommunist prinsipləri üzərində qurulan Çin yalnız 1978-ci ildə xaricə açılıb. O vaxt Den Syaopin tərəfindən tətbiq olunan bu yenilik “Çin özəlliklərinə malik sosializm” adlandırılır. Maonun ölümündən iki il sonra xarici bazarlara açılan və əcnəbi sərmayələri qəbul etməyə başlayan Çin hazırda ABŞ-dan sonra dünyanın ikinci iqtisadiyyatına malikdir.

Digər tərəfdən, NATO ölkələri ilə Çinin münasibətləri mürəkkəbləşməyə doğru gedir. ABŞ Pekinin Şimali Koreyanın siyasətinə təsir göstərməyi bacarmamasından pəjmürdə olub. Bu arada Çin hakimiyyət orqanları beynəlxalq ticarətdə “cəngəllik qanunları” əleyhinə çıxan Fransa Prezidenti Emmanuel Makronun şəxsində yeni rəqib qazanıb. Fransa liderinə Almaniya və Belçika da dəstək verir.

Çində orta sinif üstünlük təşkil etsə də, zəngin və kasıb təbəqə arasında kəskin fərq yaranmaqdadır. Pekində qaldığımız otelə yaxın küçələrdə dünyanın çox bahalı avtomobil markalarının satıldığı mağazaların yan-yana düzüldüyünü gördük. Zəngin insanlar (son illər onların sayı sürətlə artır) ölkənin müxtəlif yerlərindən paytaxta axışırlar. Bu axının nəticəsi yeddi-səkkiz ilin içərisində mənzillərin qiymətinin fantastik şəkildə artmasında, həyat şərtlərinin dəfələrlə bahalaşmasında özünü göstərir.

Pekinin küçələrində diqqəti ilk baxışda cəlb edən daha bir mənzərə az qala hər addımda görünən velosiped dayanacaqlarıdır. Velosipedə yaxınlaşıb oturacağın altında göstərilən nömrəni mobil telefondan yığırsan. Beləliklə, istifadə haqqı hesabdan tutulur və velosipedin kilidi açılır. Minib istədiyin yerə gedə və velosipedi istədiyin yerdə qoya bilərsən. Bizim Çindəki müxbirimiz Şahin Cəfərov tıxaclı küçələr üçün bu sərfəli və ucuz nəqliyyat vasitəsindən ara-sıra istifadə etdiyini deyir.

Çin dilini bilməyən əcnəbinin şəhərdə hərəkət etməsi çox çətindir. Getmək istədiyin yeri heç kimə anlada bilmirsən. Otel işçiləri və bəzi mağaza satıcıları istisna olmaqla, rastlaşdığımız pekinlilər nə ingilis, nə də rus dilini bilirdi.

Son olaraq Pekindən yadigar nəsə almaq istədik. Şahin bizi bir ticarət mərkəzinə və çay dükanına apardı. Pekin təəssüratlarımız ticarət mərkəzində rusların Andrey, çay mağazasında isə Kolya adlandırdıqları çinli satıcılarla tanışlıqla yekunlaşdı. Onların hər ikisi rus dilini özlərinə lazım olan qədər bilir. Odur ki, dil tapmağımız elə də çətin olmadı. Kolyanın mağazasında bir neçə növ çayın dadına baxıb, kiçik bir buket bağlatdıq.

Bu da Çin Beynəlxalq Aeroportu. Pekin-İstanbul təyyarəsinin yola düşməsinə hələ üç saat qalırdı. Vaxtı boş keçirməyib dünyanın ən böyük ikinci aeroportunu gəzib-dolandıq. Daha çox “China Gateway” (Çinə qapı) adı ilə tanınan bu aeroportdan hər il 79 milyona yaxın sərnişin gəlib keçir. Bir terminaldan digərinə metro vaqonlarına bənzər qatarlar işləyir. Terminallarda bankların çoxsaylı ofisləri, valyutadəyişmə köşkləri, poçt, rahat gözləmə zalları, uşaq oyun mərkəzləri fəaliyyət göstərir.

Qarşıda isə bizi uzun və yorucu yol gözləyirdi: “Boeing” təyyarəsi ilə İstanbula 9 saatlıq (7060 kilometr), oradan isə “Airbus”la Bakıya 3 saata yaxın yol...

Elman Qədirli

AZƏRTAC-ın müxbiri

Bakı-Pekin-Bakı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO