“Ozan dünyası” Borçalı aşıq mühitinin təbliğinə dair yeni layihəyə başlayır
Bakı, 1 may, AZƏRTAC
“Ozan dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin növbəti layihəsi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il kiçik qrant müsabiqəsinin qalibi elan olunub. 2021-ci ildə fəaliyyətə başladığı gündən aşıq sənətinin təbliği istiqamətində mühüm işlər görən ictimai birliyin budəfəki layihəsi “Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” adlanır.
İctimai birliyin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu AZƏRTAC-a bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd aşıq sənətinin inkişafında tarixən mühüm rol oynamış Borçalı aşıq mühitini daha geniş müstəvidə təqdim etmək, bu mühitin aşıqlarına, onların ifalarındakı özünəməxsusluqlara diqqəti cəlb etməkdir. Bu bölgənin aşıqlarının özünəməxsus musiqi və dastan repertuarı mövcuddur. Borçalı aşıq mühitinin özəlliklərinə diqqəti yönəltmək üçün layihə çərçivəsində bu bölgənin aşıqlarının repertuarında zaman-zaman mühüm yer tutmuş aşıq havalarının təqdim olunacağı konsertin təşkil olunması nəzərdə tutulur.
M.Nəbioğlu onu da əlavə edib ki, ictimai birliyin “Ozan dünyası” adlı elmi-publisistik jurnalı işıq üzü görür, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 2023-cü ildə “Sazbəndlik sənəti və sazbəndlər”, 2025-ci ildə isə “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı layihələr uğurla həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:32]
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]
Kətanda əbədiləşən Azərbaycan sevgisi
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:44]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:38]