Özbəkistan vətəndaşlarının 90 faizi konstitusiya düzəlişlərini dəstəkləyib
Bakı, 1 may, AZƏRTAC
Konstitusiya referendumunda iştirak edən Özbəkistan vətəndaşlarının 90 faizdən çoxu ölkənin əsas qanununa düzəlişləri dəstəkləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.
MSK-nın məlumatına görə, seçkidə iştirak edən vətəndaşların 90,21 faizi konstitusiya düzəlişlərinin lehinə, 9,35 faizi əleyhinə səs verib. Referendumda səsvermə siyahısına daxil edilmiş 19 milyon nəfərdən 16,6 milyonu (84,54 faizi) iştirak edib. Yekun nəticələr bir müddət sonra açıqlanacaq.
Qeyd edək ki, aprelin 30-da Özbəkistanda ölkə konstitusiyasına düzəlişlər üzrə referendum keçirilib. Düzəlişlər arasında prezidentin səlahiyyət müddətinin beş ildən yeddi ilə qaldırılması da var. Beləliklə, hazırkı dövlət başçısı Şavkat Mirziyoyevin müddəti sıfırlanacaq və o, 2026-cı ildə uçucu müddətə namizədliyini irəli sürə biləcək.
Bundan başqa, düzəlişlərə əsasən Özbəkistan sosial dövlət elan olunur və ölkədə ölüm hökmünün ləğvi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]