Özbəkistanda Azərbaycanın Gənclər Gününə həsr olunmuş tədbir keçiriləcək
Bakı, 26 yanvar, AZƏRTAC
Fevralın 2-də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi ilə Daşkənddə tədbir və konsert proqramı təşkil ediləcək.
Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdən əvvəl ziyarətçilərə “Zəfərə gedən yol” adlı fotosərgi təqdim olunacaq.
Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin binasında təşkil olunacaq konsertdə Azərbaycandan dəvət olunmuş beynəlxalq müsabiqələrin laureatları - gənc müğənnilər Kənan Qədimov və Aynur İsgəndərli, habelə mərkəzin “Azərbaycan” adlı rəqs ansamblının çıxışı nəzərdə tutulub.
Bu gün Azərbaycan gəncliyi həyatımızın hər bir sahəsində aktiv olaraq ölkənin tərəqqisində fəal iştirak edir. Özbəkistanda da dövlətin gənclərə xüsusi qayğı və dəstəyi vardır. Təsadüfi deyil ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə 2024-cü ili “Gənclərin və biznesin dəstəklənməsi ili” elan edib.
Azərbaycan gəncləri Ümummilli Lider Heydər Əliyev tərəfindən təsis edilən 2 Fevral - Gənclər Gününü artıq qalib ölkənin qürurlu vətəndaşları kimi böyük ruh yüksəkliyi ilə qeyd edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [11:55]
Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb
- 09.10.2026 [23:00]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [22:17]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [19:21]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [17:55]
Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]
Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
- 09.10.2026 [19:57]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:31]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [19:22]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [19:21]
AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub
- 09.10.2026 [19:05]