Özbəkistanda COVID-19–un yayılmasının qarşısının alınması üçün mobil briqadalar yaradılır
Daşkənd, 25 mart, АZƏRTAC
Martın 25-dən Özbəkistanın bütün şəhərlərində və vilayət rayonlarında COVID-19-un yayılmasının qarşısının alınması ilə əlaqədar yenidən mobil briqadalar yaradılır.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, mobil briqadalar rayonlarda epidemioloji vəziyyətə nəzarət edəcək, kəndlərdə və məhəllələrdə virusa yoluxanların qısa zamanda aşkar olunması, simptomsuz virus daşıyıcılarının müəyyənləşdirilməsi, ilkin tibbi yardım göstərilməsi və ağır xəstələrin müalicə müəssisələrində yerləşdirilməsi ilə məşğul olacaq.
Karantin qaydalarına əməl etməyən idarə və təşkilat rəhbərləri inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]
Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib
- 23.09.2026 [08:53]