Özbəkistanda koronavirusa yoluxanların sayı 52 minə çatıb
Daşkənd, 21 sentyabr, АZƏRTAC
Son gün ərzində Özbəkistanda COVID-19-a 554 nəfər yoluxub, xəstələrin ümumi sayı 51 min 789-a çatıb.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son sutkada bu virusdan 6 xəstə vəfat edib, ölənlərin sayı 435 nəfər olub.
Ölkənin xəstəxanalarında koronavirus diaqnozu ilə 3 min 422 nəfərin olduğu bildirilir, onların 557-nin vəziyyəti ağır, 245-nin çox ağırdır.
Son gündə bu virusdan 651, pandemiya dövründə isə 47 min 932 xəstə sağalıb.
Özbəkistan koronavirusla mübarizə üzrə Operativ Qərargahın üzvü Xabibulla Akilov jurnalistlərə bildirib ki, məktəblərin açılması ilə əlaqədar uşaqlar arasında virusa yoluxma halları kəskin surətdə artıb.
Özbəkistan mətbuatı yazır ki, ötən gecə Baş Nazirin müavini Uktam Barnoyev koronavirusdan dünyasını dəyişib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]