Özbəkistanda struktur islahatları inkişaf etdirmək üçün yeni qurum - İqtisadi Şura yaradılıb
Daşkənd, 13 yanvar, AZƏRTAC
Özbəkistanda 2019-2021-ci illər üçün struktur islahatların əsas istiqamətlərini təmin etmək məqsədilə İqtisadi Şura yaradılıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Fərman imzalayıb.
Şuraya Özbəkistanın Baş naziri Abdulla Aripov başçılıq edir.
Yeni strukturun yanında islahatların yol xəritəsi üzrə konkret tədbirləri müəyyən edəcək beynəlxalq ekspert qrupu yaradılacaq. 2019-2021-ci illər üçün struktur islahatlarının əsas istiqamətlərinin yol xəritəsi Dünya Bankının və başqa maliyyə institutlarının iştirakı ilə hazırlanıb.
Bu il dövlət payı olan müəssisələrin yenidən qurulması, milli rəqəmsal iqtisadiyyatın inkişafı strategiyası işlənib hazırlanacaq. Kənd təsərrüfatı, monetar siyasət, pensiya sistemi, sərmayə mühiti və digər sahələrdə də islahatlar aparılacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]