SİYASƏT
Özbəkistanın “Sharh.uz” agentliyi Humanitar Forum haqqında məqalə yayıb
Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılışında söylədiyi nitqindən fikirlərin də yer aldığı məqalədə bildirilir ki, nüfuzlu dialoq meydanı olan bu tədbirdə genişmiqyaslı humanitar əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd edilir ki, mədəniyyətlər, sivilizasiyalar və dinlərarası zəngin əməkdaşlıq məkanı olan Azərbaycan belə böyük miqyasda tədbir keçirilməsi üçün əlverişli ölkədir. Bu Forum XXI əsrdə bəşəriyyətin üzləşdiyi problemlərin həllinə, humanitar əməkdaşlığın inkişafına dair dialoqun aparılması baxımından beynəlxalq miqyaslı elmi-siyasi platformadır.
Müəllif Forumda tanınmış ictimai-siyasi xadimlərin, sabiq prezidentlərin, elm, mədəniyyət adamlarının, media nümayəndələrinin iştirak etdiklərini diqqətə çatdırıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd