Özəl sektordan vergi daxilolmaları 6,9 milyard manata çatıb
Bakı, 18 yanvar, AZƏRTAC
2021-ci ildə özəl sektordan vergi daxilolmaları 24 faiz artaraq 6,9 milyard manata çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, qeyri-neft sektorunun özəl bölməsi üzrə daxilolmalar 20,3 faiz artaraq 4,8 milyard manat olub və cəmi qeyri-neft daxilolmalarında xüsusi çəkisi 75,5 faizə yüksəlib.