REGİONLAR
ÖZƏL TEXNİKİ SERVİS MƏRKƏZLƏRİ YARADILIR
Bərdə Ərazi Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, keçmiş ittifaqdan miras qalmış texnikanın istismar müddəti artıq başa çatmış və yararsız hala düşmüşdür. Fermer təsərrüfatlarını, sahibkarları lazımi texnika ilə təmin etməkdən ötrü idarənin əhatə etdiyi Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Beyləqan, Füzuli, İmişli rayonalarında özəl texniki servis mərkəzləri yaradılacaqdır. Traktor, kombayn, digər kənd təsərrüfatı maşınlarının olacağı mərkəzlərin təşkili fermerlərin qarşılaşdıqları problemlərin aradan qaldırılmasına imkan verəcəkdir.