ÖZƏLLƏŞDİRMƏDƏN SONRA MÜƏSSİSƏLƏRİN FƏALİYYƏTİNİN DƏSTƏKLƏNMƏSİ İLƏ BAĞLI TƏDBİRLƏR DAVAM ETDİRİLİR
DƏİEDK kənd təsərrüfatı məhsullarının emalı, habelə toxuculuq və tikiş sahəsində özəlləşdirilmiş müəssisələrin dəstəklənməsi, onların istehsal etdikləri məhsulların rəqabət qabiliyyətinin və ixrac potensialının, investisiyaların cəlb edilməsi əsasında maliyyə potensialının artırılmasının dəstəklənməsi ilə bağlı tender komissiyası formalaşdırmış, tenderlərin əsas şərtlər toplularını hazırlamış, tenderlər elan etmiş və qanunvericilikdə nəzərdə tutulmuş digər tender prosedurlarının həyata keçirilməsini təmin etmişdir.
Keçirilmiş tenderlərdə komissiya tərəfindən qaliblər müəyyən edilmişdir. Tenderlərin qalibləri “FİNRE Konsaltinq” MMC,
“Azərxüsusisənayeinvest” QSC, “Region Konsalt” MMC və “Sinergetika” MMM şirkətləri ilə satınalma müqavilələri imzalanmış, onlar müqavilə üzrə nəzərdə tutulmuş xidmətlərin icrasına başlamışlar.
Bu tədbirlərin həyata keçirilməsi nəticəsində özəlləşdirilən müəssisələrə investisiya qoyuluşlarının artırılmasına, iqtisadi inkişaf templərinin daha da yüksəldilməsinə, yeni iş yerlərinin açılmasına nail olunacaqdır.