Pakistan polisi İmran Xanın Lahordakı iqamətgahına hücum edib
Bakı, 18 mart, AZƏRTAC
Pəncab əyalətinin polis qüvvələri buldozerin köməyi ilə darvazanı qıraraq Pakistanın sabiq Baş naziri və müxalif “Ədalət uğrunda hərəkat” partiyasının sədri İmran Xanın Lahordakı iqamətgahına daxil olub.
AZƏRTAC Geo TV telekanalına istinadla xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları səhər saatlarında İmran Xan tərəfdarlarının iqamətgah ərazisində qurduqları çadır düşərgələrini sökməyə başlayıb.
Müxalif fəallar odlu silahdan və yandırıcı vasitələrdən istifadə edərək polisə müqavimət göstərir. İqamətgahın ərazisində yerləşən binada toqquşmalar davam edir. Polis sabiq Baş nazirin 20-dən çox tərəfdarını həbs edib.
İslamabad dairə məhkəməsinin iclasında ifadə verməyə gedən İmran Xan polisin bu hərəkətini sərt şəkildə pisləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]
Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı
- 09.10.2026 [11:04]
İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib
- 09.10.2026 [09:34]
Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib
- 09.10.2026 [09:05]
İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Əhalinin gəlirləri artıb
- [11:43]
Azərbaycanda ÜDM artıb
- [11:26]
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]