Pakistan və Hindistanda bir çox aeroportlar mülki uçuşları dayandırıb
Bakı, 27 fevral, AZƏRTAC
Pakistan-Hindistan sərhədində yaşanan hərbi gərginlik səbəbindən təhlükəsizlik tədbirləri ilə əlaqədar bir çox aeroportlar mülki uçuşlar üçün bağlanılıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Hindistan hava limanı idarəsinin məlumatına əsasən, Cammu və Kəşmir ştatında yerləşən Srinagar, Cammu və Ləh aeroportları, həmçinin Haryana və Pəncab əyalətlərinin ortaq mərkəzi Çandigarh, Pəcab əyalətindəki Amritsar hava limanları bütün aviareysləri dayandırıb.
Pakistan və Hindistanın hava məkanlarından istifadə etməli olan mülki təyyarələr qalxdıqları aeroportlara geri dönür və ya alternativ marşrutlardan istifadə edir.
Pakistanın mülki aviasiyası idarəsi də öz növbəsində Lahor, Multan, Feysəlabad, Sialkot və paytaxt İslamabad da daxil olmaqla beş aeroportda uçuşların ləğv edildiyini, həmçinin ölkənin hava məkanının kommersiya reysləri üçün bağlandığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]
Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
- 16.06.2026 [12:08]
Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib
- 16.06.2026 [12:03]
Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb
- 16.06.2026 [11:59]
Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb
- 16.06.2026 [11:53]