SİYASƏT
Pakistan XİN Ermənistan silahlı qüvvələrinin Azərbaycan vətəndaşlarını hədəfə almasını pisləyən bəyanat yayıb
Bakı, 7 iyul, AZƏRTAC
Pakistanın Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin sakinləri 2 yaşlı Zəhra Quliyevanı və nənəsini vəhşicəsinə qətlə yetirməsi ilə bağlı bəyanat yayıb.
AZƏRTAC Pakistanın Xarici İşlər Nazirliyinin saytına istinadla xəbər verir ki, bəyanatda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisini hədəfə alması nəticəsində aralarında 2 yaşlı qızın da olduğu dinc sakinlərin qətlə yetirilməsi pislənilir.