Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb
Bakı, 23 iyul, AZƏRTAC
Pakistanda leysan yağışlardan sonra yaranan daşqınlar nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, “Dawn” qəzetinin məlumatına görə, iyulun 19-dan bəri başlayan musson mövsümündə yağan güclü yağışlar Xayber Paxtunxva, Pəncab və Gilgit Baltistan əyalətlərində daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.
Hakimiyyət orqanları Xayber Paxtunxvada 20 nəfərin, Pəncabda isə 17 nəfərin güclü yağışlarla bağlı hadisələrdə, o cümlədən daşqınlar, ildırım və elektrik cərəyanı vurması nəticəsində öldüyünü açıqlayıb. Bu, ölkədə güclü yağışlarla bağlı ölənlərin ümumi sayını 37-yə çatdırıb.
Bu arada, Gilgit Baltistan və Pakistanın idarə etdiyi Azad Cammu və Kəşmir bölgəsində güclü yağışların yaratdığı daşqınlar və torpaq sürüşmələri məhsuldarlığa və evlərə də ciddi ziyan vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]