Pakistanda hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 19-a çatıb
İslamabad, 30 iyul, AZƏRTAC
Ötən gecə Pakistanda hərbi təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların sayı 19-a çatıb.
AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, ölənlərin ikisi pilot, üçü ekipaj üzvü olub.
Qəza Ravalpindi şəhəri yaxınlığında təlim uçuşu zamanı baş verib. Təyyarə yerə düşdükdən sonra yanıb və ətrafdakı evlərə ciddi ziyan dəyib.
Hadisənin başvermə səbəbləri haqqında məlumat verilməyib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]